Səhiyyə naziri Şirvan şəhərində vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə əsasən, iyunun 21-də səhiyyə naziri Oqtay Şirəliyev Şirvan Müalicə-Diaqnostika Mərkəzində vətəndaşları qəbul etmişdir. Qəbulda Şirvan şəhərinin, Sabirabad, Hacıqabul, Saatlı, Salyan və Neftçala rayonlarının sakinləri iştirak etmişlər.

Qəbulda nazir Oqtay Şirəliyevə əsasən, yerli şəraitdə müalicəsi mümkün olmayan xəstələrin müalicəsinə kömək göstərmək və işə qəbulla bağlı müraciətlər olunmuşdur.       

Qaldırılan məsələlərin bir neçəsi yerindəcə həll edilmiş, digər müraciətlərin müsbət həllinə kömək göstərilməsi məqsədi ilə nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verilmişdir.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan, şəxsi xarakter daşıyan müraciətləri isə aidiyyəti təşkilatlara çatdırılmaq üçün qeydiyyata  alınmış və nəzarətə götürülmüşdür.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 22 iyun.- S.7.