Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 154                   Bakı şəhəri, 20 iyun 2013-cü il

 

 

 "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 1 may tarixli 350-IVQD nömrəli Qanununun tətbiqi və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli  647 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 4, maddə 324, ¹ 10, maddə 929, ¹ 12, maddə 1117) ilə təsdiq edilmiş "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 5.3-cü bənddə "mətbu orqanda" sözləri "qanunla müəyyən edilmiş qaydada" sözləri ilə əvəz edilsin;

2. 5.4-cü bənddə "illik maliyyə hesabatına və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına baxır, icmallaşdırır və təsdiq edir, həmçinin maliyyə-təsərrüfat fəaliyyəti barədə ümumi hesabat, balans tərtib edir və müəyyən edilmiş qaydada" sözləri "illik maliyyə hesabatlarına baxır və təsdiq edir, Cəmiyyət üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edərək qanunvericilik aktlarının tələblərinə uyğun olaraq" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 23 iyun.- S.2.