Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

151 Bakı şəhəri, 20 iyun 2013-cü il

 

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 1 may tarixli 350-IVQD nömrəli Qanununun tətbiqi və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 647 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, 12, maddə 1229; 2009, 10, maddə 846; 2010, 11, maddə 1039) ilə təsdiq edilmiş "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 6.2-ci bənddə "illik hesabatı və mühasibat balansını" sözləri "illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını" sözləri ilə, "auditor rəyi ilə birlikdə mətbu orqanda" sözləri "qanunla müəyyən edilmiş hallardaqaydada auditor rəyi ilə birlikdə" sözləri ilə əvəz edilsin;

2. 7.6.9-cu yarımbənddə "illik hesabatları, mühasibat balansları, mənfəət və zərər hesabatları" sözləri "illik maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 23 iyun.- S.2.