Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli  149  nömrəli qərarı ilə təsdiq  edilmiş "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 152                   Bakı şəhəri, 20 iyun 2013-cü il

 

 

 "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 1 may tarixli 350-IVQD nömrəli Qanununun tətbiqi və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli  647 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 6, maddə 576; 2008, ¹ 6, maddələr 584, 586; 2010, ¹ 6, maddə 566, ¹ 11, maddə 1039) ilə təsdiq edilmiş "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 3.3.15-ci yarımbəndin birinci cümləsində "mühasibat hesabatlarına və balanslarına baxır, icmallaşdırır və təsdiq edir" sözləri "hesabatlarına baxır" sözləri ilə əvəz edilsin və ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Qanunvericiliklə müəyyən olunmuş qaydada illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edir.";

2. 6.3-cü bənddə "illik hesabatı və mühasibat balansını" sözləri "illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını" sözləri ilə, "auditor rəyi ilə birlikdə mətbu orqanda" sözləri "qanunla müəyyən edilmiş hallarda və qaydada auditor rəyi ilə birlikdə" sözləri ilə əvəz edilsin.

 

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 23 iyun.- S.2.