Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50  nömrəli qərarı ilə təsdiq edilmiş "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 149                         Bakı şəhəri, 20 iyun 2013-cü il

 

 

 

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 1 may tarixli 350-IVQD nömrəli Qanununun tətbiqi və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli  647 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 3, maddə 257; 2006, ¹ 1, maddə 59; 2007, ¹ 9, maddə 922; 2009, ¹ 10, maddə 846; 2010, ¹ 11, maddə 1039; 2011,  ¹ 5, maddə 442) ilə təsdiq edilmiş "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 4.15-ci bənddə "illik hesabatı və mühasibat balansını" sözləri "illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını" sözləri ilə əvəz edilsin;

2. 5.1.2-ci yarımbənddə "illik hesabatı və mühasibat balansı" sözləri "illik maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları" sözləri ilə əvəz edilsin;

3. 6.1.3-cü yarımbənddə "illik hesabatlarını, mühasibat balanslarını, mənfəət və zərər hesablarını" sözləri "illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını" sözləri ilə əvəz edilsin;

4. 9.2.12-ci yarımbənddə "illik hesabları, mühasibat balansları, mənfəət və zərər hesabları" sözləri "illik maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları" sözləri ilə əvəz edilsin.

 

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 23 iyun.- S.2.