«Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 12, maddə 994; 2010, ¹ 7, maddə 625; 2011, ¹ 4, maddə 294; 2012, ¹ 5, maddə 425; 2013, ¹ 3, maddə 253; Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 may tarixli 894 nömrəli fərmanı) 2.3-cü bəndindən "92-ci," sözləri çıxarılsın.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 iyun 2013-cü il

 

Azərbaycan.-2013.- 25 iyun.- S.2.