Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıda adları göstərilmiş hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

 

 

 

General-mayor hərbi rütbəsi:

 

 - polkovnik Mehman Abbas oğlu Baxışova

- tibb xidməti polkovniki Natiq Avil oğlu Əliyevə

- polkovnik Piri Baba oğlu İsrafilova

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 iyun 2013-cü il

 

Azərbaycan.-2013.- 26 iyun.- S.2.