«Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 135 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 fevral tarixli 571-IVQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

"Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 135 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 5, maddə 305, ¹ 12, maddə 707; 2004, ¹ 1, maddə 19; 2005, ¹ 4, maddə 299; 2006, ¹ 4, maddə 328) 2-ci hissəsinin beşinci abzasında "20-ci maddəsinin birinci hissəsində" sözləri "20.1-ci maddəsində" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 iyun 2013-cü il

 

Azərbaycan.-2013.- 26 iyun.- S.3.