«Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası  Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. "Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə uyğun olaraq, xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə qaydasını və ödənişin məbləğini 2 ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu fərmandan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 iyun 2013-cü il

 

Azərbaycan.-2013.- 26 iyun.- S.3.