«Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"ni "Reklam haqqında" Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il  22 fevral tarixli 569-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 5, maddə 411, ¹ 8, maddə 680; 2007, ¹ 6, maddə 602, ¹ 8, maddə 770, ¹ 10, maddə 947; 2008, ¹ 7, maddə 612, ¹ 11, maddələr 967, 970; 2009, ¹ 10, maddə 779, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 7, maddə 688, ¹ 9, maddə 855; 2013, ¹ 2, maddə 114) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda  8.9-1-ci yarımbənd əlavə edilsin:

 

"8.9-1. özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin reklamının yayımına rəy vermək;".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 iyun 2013-cü il

 

Azərbaycan.-2013.- 26 iyun.- S.3.