Azərbaycan Respublikasının Samur-Yalama
Milli Parkı haqqında Əsasnamə
Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 25 iyun tarixli fərmanı
ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı (bundan sonra - Milli Park) ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, bioloji müxtəlifliyin, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin (şabalıdyarpaq palıd, dəmirağacı, eldar şamı, ilanbalığı, kür qızılbalığı, nərə, uzunburun nərə, dəniz sıfı, çapaq, kütüm, xəşəm, şahmayı, cüyür, böyük qırğı, məzar qartalı, adi qızılquş, bozqırmuymulu qızılquş, fısıldayan qulələk və s.) qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 2518 nömrəli sərəncamına uyğun olaraq yaradılmışdır.
1.2.
Milli Park xüsusi ekoloji, tarixi, estetik, bioloji əhəmiyyət
daşıyan təbiət komplekslərinin və obyektlərinin
yerləşdiyi, ətraf mühiti mühafizə,
maarifçilik, elmi, mədəni, ekoturizm məqsədləri
üçün istifadə olunan təbiəti mühafizə
və elmi tədqiqat idarəsi statusuna malik ərazidir.
1.3.
Milli Park öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını və
qanunlarını, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri,
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, Azərbaycan Respublikası Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin normativ hüquqi
aktlarını və bu Əsasnaməni rəhbər tutur.
1.4.
Milli Parkın ərazisi respublika əhəmiyyətli
xüsusi mühafizə olunan təbiət ərazilərinə
aiddir və həmin ərazidəki torpaq, su, bitki və
heyvanlar aləmi onun daimi istifadəsinə verilir.
1.5.
Milli Parkda onun məqsədli təyinatına, təbiət
komplekslərinin və obyektlərinin mühafizəsi, bərpası
və istifadəsi üzrə müəyyən edilmiş tələblərə
zidd olmayan başqa fəaliyyət növləri Milli Parkla
hüquqi və fiziki şəxslər arasında
bağlanmış və ekoloji ekspertizadan keçirilmiş
müqavilələr əsasında həyata keçirilir.
1.6.
Xüsusi mühafizəni təmin etmək üçün
Milli Parka bitişik olan torpaq və su sahələrində
mühafizə, sanitariya-mühafizə və digər qoruyucu
zonalar "Xüsusi mühafizə olunan təbiət əraziləri
və obyektləri haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq müəyyən
edilir.
1.7.
Milli Park Azərbaycan Respublikası dövlət büdcəsinin
vəsaiti, büdcədənkənar vəsaitlər, ətraf
mühitin mühafizəsi üzrə fondların vəsaitləri,
qrantlar və ianələr hesabına maliyyələşdirilir.
1.8.
Milli Parkın idarə edilməsi və mühafizəsi
üçün yaradılan idarənin xüsusi fondunun və
vəsaitlərinin yaradılması və istifadəsi
qaydasını Azərbaycan Respublikasının Nazirlər
Kabineti təsdiq edir.
1.9. Milli Parkın pasportunu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırlayır. Pasportda Milli Parkın adı, yerləşdiyi yer, yaradılma tarixi, əhəmiyyəti, torpaqdan daimi istifadə hüququna dair sənədin qeydiyyat nömrəsi və tarixi, mühafizə olunan ərazinin xüsusiyyətləri, onun ümumi görünüşünün sxemi, ərazisində müəyyən edilən fəaliyyət zonaları, qorunan nadir fauna və flora növləri, fəaliyyət prosesində aparılan dəyişikliklər barədə qeydlər öz əksini tapmalıdır. Bu ərazinin pasportu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qeydiyyatına alınmaqla, Milli Parkda saxlanılır.
1.10. Milli Parkda təbiət qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazinin perspektiv inkişaf şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aparılır.
1.11. Milli Park müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Milli Parkın adı əks edilən möhürə, blank və ştamplara, xəzinə hesablarına, bayraq və emblemə malikdir.
2. Milli Parkın yaradılmasının məqsədləri
2.0. Milli Parkın yaradılmasının məqsədləri aşağıdakılardır:
2.0.1.
təbiət komplekslərini, genetik fondu, bioloji müxtəlifliyi,
nadir və etalon təbiət ərazilərini, tarix-mədəniyyət
obyektlərini qoruyub saxlamaq;
2.0.2.
turizm və rekreasiya üçün şərait yaratmaq;
2.0.3.
təbiəti mühafizənin və ekoloji maarifçiliyin
elmi metodlarını hazırlamaq və tətbiq etmək;
2.0.4.
əhalini ekoloji cəhətdən maarifləndirmək;
2.0.5.
ekoloji monitorinqi həyata keçirmək;
2.0.6.
zədələnmiş təbiət, tarix-mədəniyyət
komplekslərini və obyektlərini bərpa etmək.
3.
Milli Parkın xüsusi mühafizə rejiminin xüsusiyyətləri
3.1. Milli Parkın ərazisi və
obyektləri hər hansı fiziki və ya hüquqi şəxslərin
hüquqlarına və mənafelərinə xələl gətirmədən
Azərbaycan dövlətinə mənsubdur və özgəninkiləşdirilə
bilməz.
3.2.
Milli Parkın fiziki və hüquqi şəxslərin idarəçiliyinə,
istifadəsinə və icarəsinə verilməsi
qadağandır.
3.3.
Milli Parkın ərazisində onun təbiət, tarix-mədəniyyət
və ekoloji xüsusiyyətləri nəzərə
alınmaqla, xüsusi mühafizənin rejimləri tətbiq
olunur və aşağıdakı fəaliyyət zonaları
müəyyən edilir:
3.3.1.
xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən
zonalar;
3.3.2.
təsərrüfat fəaliyyətinin tənzimlənən
rejimi tətbiq edilən zonalar;
3.3.3.
turizm və rekreasiya zonaları;
3.3.4.
turistlərə, elmi və maarifləndirmə məqsədli
şəxslərə xidmət göstərilən zonalar;
3.3.5.
Milli Parkın fəaliyyətini təmin etmək
üçün təsərrüfat-istehsalat zonaları.
3.4. Milli Parkın ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
3.5. Milli Parkın turizm və rekreasiya zonalarında turizm və rekreasiya məqsədləri üçün təbiətdən istifadənin ayrı-ayrı növlərinə (ov, idman, həvəskar balıq ovu və s.) yol verilir.
3.6. Milli Parkda elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri keçirilir.
3.7. Milli Parkın ərazisində aşağıdakılar qadağan edilir:
3.7.1. təbiət komplekslərinə, genetik fonda, bioloji müxtəlifliyə və tarix-mədəniyyət obyektlərinin varlığına təhlükə yaradan hər bir fəaliyyət;
3.7.2. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;
3.7.3. hidroloji rejimin dəyişməsinə səbəb olan işlərin aparılması;
3.7.4. kimya sənayesi, metallurgiya, nüvə energetikası və xüsusi ekoloji təhlükə yaradan digər müəssisələrin fəaliyyəti;
3.7.5. Milli Parkın fəaliyyəti ilə bağlı olmayan magistral yolların tikintisi, Milli Parkın fəaliyyəti ilə bağlı olmayan boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların çəkilməsi;
3.7.6. müəyyən olunmuş yerlərdən kənarda tonqalların yandırılması, turizm və rekreasiya zonaları istisna olmaqla, dayanacaqların təşkili və çadırların qurulması;
3.7.7. bu məqsədlər üçün müəyyən olunmuş yerlərdən və ümumi istifadə olunan quru və su yollarından kənar mexaniki nəqliyyat vasitələrinin hərəkəti və dayanacağı, ev heyvanlarının köçürülməsi;
3.7.8. meşələrdə əsas istifadə qırıntısı;
3.7.9. yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası.
3.8. Milli Parkın ərazisində onun ekoloji, elmi, estetik, mədəni və rekreasiya dəyərini aşağı sala bilən digər fəaliyyət növləri də Milli Park tərəfindən məhdudlaşdırılır və ya qadağan edilir.
3.9. Milli Parkın mühafizəsini onun mühafizə xidməti həyata keçirir. Bu işə Milli Parkın direktoru və direktorun mühafizə işləri üzrə müavini öz səlahiyyətləri daxilində rəhbərlik edirlər.
3.10. Milli Parkın mühafizə xidmətinin aşağıdakı hüquqları vardır:
3.10.1. Milli Parkın ərazisində və onun mühafizə zonasında xüsusi mühafizə rejimini pozanların sənədlərini yoxlamaq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, nəqliyyat vasitələrini, gəmiləri, ov alətlərini, əldə olunmuş ov məhsullarını yoxlamaq, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə müvafiq sənədləri götürmək;
3.10.2. fiziki və hüquqi şəxslərin Milli Parkın ərazisində və onun mühafizə zonasında "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununa və mühafizə rejiminə zidd olan fəaliyyətini dayandırmaq;
3.10.3. Milli Parkın ərazisindən istifadə qaydalarının, həmin ərazinin mühafizə rejiminin pozulmasına görə inzibati xəta haqqında protokollar tərtib etmək;
3.10.4. Milli Parkın ərazisində və onun mühafizə zonasında mühafizə və istifadə sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək.
3.11. Milli Parkın rejiminin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
3.12. Milli Parka vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ödənilir.
4. Milli Parkın elmi tədqiqat fəaliyyəti
4.1.
Milli Parkın elmi tədqiqat fəaliyyəti rekreasiya məqsədi
ilə istifadə şəraitində ekoloji vəziyyətin
proqnozlaşdırılmasına və qiymətləndirilməsinə,
səciyyəvi və nadir təbiət komplekslərinin, o
cümlədən bioloji müxtəlifliyin elmi cəhətdən
əsaslandırılmış üsullarla qorunmasına
yönəldilir.
4.2. Milli Parkda elmi tədqiqat fəaliyyətini Milli Parkın elm şöbəsinin işçiləri həyata keçirirlər.
4.3. Milli Parkda elmi tədqiqatlara kənar elmi təşkilatların və mütəxəssislərin cəlb edilməsinə yol verilir.
4.4. Milli Parkda elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin həyata keçirilməsi və ekoloji maarifləndirmə işinin təşkili məqsədi ilə Şura yaradıla bilər. Şuranın fəaliyyətinə Milli Parkın direktoru rəhbərlik edir. Şuranın tərkibini Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təsdiq edir. Şuranın Əsasnaməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilir.
4.5. Milli Parkın elmi və herbari fondları yaradılır və daimi saxlanılır.
4.6. Milli Parkın elmi əsərlər çap etdirmək hüququ vardır.
4.7. Milli Parkda aparılan elmi tədqiqat işlərində əldə edilmiş nəticələrdən aşağıdakı məqsədlər üçün istifadə olunur:
4.7.1. heyvan və bitki ehtiyatlarının qorunub saxlanılmasının, artırılmasının və onlardan səmərəli istifadə edilməsinin elmi əsaslarını işləyib hazırlamaq və Milli Parkın ərazisində yayılmış vəhşi heyvanların sayının optimal normadan artığının müvafiq ərazidə yayılmış və nəsli kəsilmiş heyvan növlərinin əvvəlki yerlərinə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq köçürülməsini həyata keçirmək;
4.7.2. Milli Parkın ərazisində təbiət komplekslərinin təbii halda saxlanılmasını təmin edən tədbirləri, təbiət kompleksləri komponentlərinin faydalı məhsuldarlığının qiymətləndirilməsi və yüksəldilməsi metodlarını işləyib hazırlamaq;
4.7.3. Milli Parka bitişik ərazilərdə təbii ehtiyatlardan təsərrüfat məqsədləri üçün istifadənin səmərəliliyini müəyyənləşdirmək və nəticələrini aşkara çıxarmaq;
4.7.4.
ziyanverici heyvanlara və alaq otlarına qarşı mübarizə
metodlarını, ilk növbədə bioloji metodların layihələrini
işləyib hazırlamaq;
4.7.5.
su rejimində, torpağın və bitki
örtüyünün xassələrində, heyvanların
sayında və bitkilərin (fitosenozların) məhsuldarlığında
dəyişikliklərin proqnozlaşdırılması məqsədi
ilə həmin dəyişikliklərin səbəbini öyrənmək;
4.7.6. təbiətdə cərəyan edən proseslər haqqında sistemləşdirilmiş faktiki materiallar və nəzəri nəticələr hesabına elmi bilikləri zənginləşdirmək;
4.7.7. Milli Parkın hüdudlarından kənarda, təsərrüfat məqsədləri üçün istifadə edilən ərazilərdə eyni və ya oxşar bioekoloji metodları hazırlamaq.
4.8. Elmi tədqiqatların aparılması metodları Milli Parkın rejiminin tələblərinə zidd olmamalıdır. Aparılan işlərin nəticələri hazırlanmış elmi təkliflər çərçivəsində tətbiq edilir.
4.9. Milli Park elmi tədqiqat işlərini, həyata keçirəcəyi elmi-texniki və digər elmi tədbirləri hər təqvim ili üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi və maliyyələşdirdiyi planlar üzrə aparır. Milli Parkla bu sahədə əməkdaşlıq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi müqavilələr əsasında, müvafiq profilli elmi tədqiqat idarələri və ali təhsil müəssisələri ilə birgə həyata keçirilir.
5. Milli Parkın təsərrüfat fəaliyyəti
5.1. Milli Parkın təsərrüfat fəaliyyəti təbiət və tarix-mədəniyyət obyektlərinin mühafizəsindən, onlara xidmət və onların bərpası üzrə tədbirlərin həyata keçirilməsindən, təbiətdə idarə olunan istirahət və turizm tədbirlərinin təşkilindən ibarətdir.
5.2. Milli Parkın turizm və rekreasiya, turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zonalarının ərazisində yerləşən binalar və qurğular fiziki və hüquqi şəxslərə icarəyə və ya istifadəyə turizmin, o cümlədən təbiətdə istirahətin inkişafı məqsədi ilə verilir.
5.3.
Milli Parkın turizm və rekreasiya, turistlərə, elmi və
maarifləndirmə məqsədli şəxslərə xidmət
göstərilən zonalarının ərazisində
mehmanxanaların, kempinqlərin, turbazaların və digər iaşə
obyektlərinin tikintisi və istifadəsi, əhalinin istirahəti
məqsədi ilə digər şəraitin yaradılması
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə,
Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsinə,
"Xüsusi mühafizə olunan təbiət əraziləri
və obyektləri haqqında", "Turizm haqqında"
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq
Milli Parkla fiziki və hüquqi şəxslər arasında
bağlanmış və ekoloji ekspertizadan keçirilmiş
müqavilələr əsasında həyata keçirilir.
6. Milli Parkın mühafizəsinə, qorunmasına və istifadəsinə dövlət nəzarəti
Milli Parkın vəziyyətinə, onun mühafizəsi, qorunması və bərpası ilə bağlı tədbirlərin icrasına dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
7. Milli Parkın fəaliyyətinin təşkili
7.1. Milli Parkın strukturunu, ştat cədvəlini və xərclər smetasını Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təsdiq edir.
7.2. Milli
Parka Milli Parkın direktoru rəhbərlik edir. Milli Parkın
direktoru və direktor müavini Azərbaycan
Respublikasının ekologiya və təbii sərvətlər
naziri tərəfindən vəzifəyə təyin və vəzifədən
azad edilirlər.
7.3. Milli
Parkın direktoru aşağıdakı səlahiyyətlərə
malikdir:
7.3.1.
Milli Parkın işinə ümumi rəhbərliyi həyata
keçirir və onun fəaliyyətində qanuniliyi təmin
edir;
7.3.2. təbiəti
mühafizə, elmi tədqiqat və biotexniki planların layihələrinin
hazırlanmasını və yerinə yetirilməsini təmin
edir;
7.3.3.
Milli Parkda elmi tədqiqat işlərinin planlarının,
tapşırıqların yerinə yetirilməsinin gedişi
haqqında struktur bölmələrinin hesabatlarını dinləyir;
7.3.4.
Milli Parkın ixtisaslı kadrlarla komplektləşdirilməsini
təşkil edir, Milli Parkın dövlət qulluqçusu
olan mühafizə və ekoturizm bölmələrinin vəzifəli
şəxsləri istisna olmaqla, digər şəxslərin təyinatı
ilə bağlı Azərbaycan Respublikasının Ekologiya və
Təbii Sərvətlər Nazirliyinə təqdimatlar verir,
kadrların əlavə təhsili istiqamətində tədbirlər
görür;
7.3.5.
Milli Parkın mühafizə rejimi, elmi tədqiqatların və
onların tətbiqinin nəticələri haqqında
hesabatları, statistik və maliyyə hesabatlarını aidiyyəti
üzrə təqdim edir;
7.3.6.
Milli Parkın maddi-texniki təminatını təşkil
edir;
7.3.7. Milli Parkın fəaliyyətinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə Milli Parkı etibarnaməsiz təmsil edir.
7.4. Direktor Milli Parkın fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır.
7.5. Milli Parkın işçiləri Milli Parkın rejiminin pozulması hallarının qarşısının alınmasında mühafizə işçilərinə kömək edirlər.
7.6. Milli Parkın təbiət ərazilərindən və obyektlərindən ödənişli istifadə "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tətbiq edilir.
7.7. Əhali və qeyri-hökumət təşkilatlarının Milli Parkın mühafizəsi ilə bağlı təqdim etdiyi təkliflərin məqsədəuyğunluğuna Milli Park tərəfindən baxılır.
7.8.
Milli Parkın mühafizə rejimini həyata keçirən
işçiləri xidməti vəzifələrini yerinə
yetirərkən üzərində fərqləndirici
nişanı olan xüsusi geyim forması daşıyırlar.
"Xidməti və mülki silah haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq həmin şəxslərə
xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir.
Azərbaycan.-2013.- 26 iyun.- S.10.