A.M.Vəliyevin «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında statistika işinin təşkilində xidmətlərinə görə Arif Mikayıl oğlu Vəliyev "Şöhrət" ordeni ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 iyun 2013-cü il

 

Azərbaycan.-2013.- 28 iyun.- S.3.