Rumıniyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlmişdir

 

Rumıniyanın Baş naziri Viktor Ponta iyunun 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rumıniya hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdür.

Hava limanında Rumıniyanın Baş naziri Viktor Pontanı Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər qarşılamışlar.

Rumıniyanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Viktor Ponta və Elçin Əfəndiyev arasında qısa protokol söhbəti oldu.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 28 iyun.- S.4.