Rumıniyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatmışdır

 

İyunun 27-də Rumıniyanın Baş naziri Viktor Pontanın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatmışdır.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rumıniya hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Rumıniyanın Baş naziri Viktor Pontanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər yola saldılar.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 28 iyun.- S.5.