Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçirilmişdir

 

İyunun 27-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, İKT sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak etmişlər.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan ilə Macarıstan arasında əlaqələrin yüksək səviyyədə olduğunu, bu münasibətlərin hörmət dostluq, qarşılıqlı maraq prinsiplərinə əsaslandığını, bunun iqtisadi digər sahələrdə əməkdaşlığın inkişafına təkan verdiyini bildirmişdir. Azərbaycan ilə Macarıstan arasında iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğu diqqətə çatdırılmışdır.

İş adamlarının iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayan Rüfət Məmmədov, biznes təşəbbüslərinin stimullaşdırılması baxımından biznes forumun ölkələrimiz arasında yeni əməkdaşlıq imkanlarının yaranmasında, mövcud əlaqələrin genişlənməsində faydalı olacağını qeyd etmişdir.

Rabitə informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "Azərbaycanda İKT siyasəti" mövzusunda təqdimatla çıxış etmişdir. Nazir müavini Azərbaycanın ilk telekommunikasiya peykinin bu il orbitə çıxarıldığını diqqətə çatdırmış, həmçinin İKT sahəsinin inkişafı istiqamətində görülən işlər informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində qarşıda duran vəzifələr barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, ölkəmizdə İKT sahəsində uğurla həyata keçirilən tədbirlər dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağını artırmışdır.

Macarıstan Respublikasının telekommunikasiya məsələləri üzrə dövlət katibi Vilmoş Valyi Naqi çıxışında hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, adamları arasında əlaqələrin genişlənməsinin Macarıstan-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırmış, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini vurğulamışdır. Dövlət katibi Vilmoş Valyi Naqi iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən İKT sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirmişdir.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.

 

Azərbaycan.-2013.- 28 iyun.- S.11.