«Ərazi quruluşuinzibati ərazi bölgüsü haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

"Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 10, maddə 709; 2004, ¹ 1, maddə 6; 2007, ¹ 6, maddə 563; 2008, ¹ 5, maddə 345; 2009, ¹ 8, maddə 615; 2012, ¹ 9, maddə 837, ¹ 11, maddə 1075) 9.8-ci maddəsinə aşağıdakı məzmunda 2-ci cümlə əlavə edilsin:

"Müvafiq icra hakimiyyəti orqanları prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya dəyişdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanını üç gün müddətində məlumatlandırırlar.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 may 2013-cü il

 

Azərbaycan.-2013.- 29 iyun.- S.1.