"Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 156                   Bakı şəhəri, 21 iyun 2013-cü il

 

 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.16.4-cü yarımbəndinə və "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanının 1-ci hissəsinin on beşinci abzasına əsasən, habelə yay və qış otlaq sahələrinin səmərəli istifadəsinin və mühafizəsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 3, maddə 231, ¹ 5, maddə 360; 2001, ¹ 2, maddə 116; 2002, ¹ 7, maddə 455; 2004,    ¹ 3, maddə 741; 2005, ¹ 12, maddə 1228, ¹ 1, maddə 49; 2006, ¹ 9, maddə 822, ¹ 11, maddə 394; 2008, ¹ 2, maddə 108, ¹ 4, maddə 314, ¹ 5, maddə 432; 2009,   ¹ 2, maddə 152; 2010, ¹ 8, maddə 765) ilə təsdiq edilmiş "Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 9-cu hissə aşağıdakı redaksiyada verilsin:

 "9. Dövlət, bələdiyyə və ya xüsusi mülkiyyət formalı təsərrüfatların, eləcə də digər fiziki və hüquqi şəxslərin yay və qış otlaq sahələrinə olan tələbatı haqqında məlumatlar həmin təsərrüfatların yerləşdiyi rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən öyrənilərək, hər ilin 1 mart tarixinə müvafiq siyahılar təsdiq edilir və

10 gün müddətində yay və qış otlaq sahələrinin yerləşdiyi rayon (şəhər) icra hakimiyyəti orqanlarına və bələdiyyələrə göndərilir.";

1.2. 10-cu hissənin birinci abzası aşağıdakı redaksiyada verilsin:

 "10. Bu Qaydaların 9-cu hissəsində qeyd olunan siyahılar yay və qış otlaq sahələrinin yerləşdiyi rayon (şəhər) icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə təqdim olunduqdan sonra 20 gün müddətində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin həmin rayon (şəhər) torpaq şöbələri tərəfindən müvafiq torpaqayırma sənədləri hazırlanır və təsdiq edilməsi üçün yerli icra hakimiyyəti orqanlarına təqdim edilir.".

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 29 iyun.- S.3.