Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

155 Bakı şəhəri, 20 iyun 2013-cü il

 

 

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 1 may tarixli 350-IVQD nömrəli Qanununun tətbiqi və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 647 nömrəli Fərmanının

1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, 2, maddə 156) ilə təsdiq edilmiş "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 5.3-cü bənddən "(Balans hesabatı, Maliyyə nəticələri haqqında hesabat, Kapitalda dəyişikliklər haqqında hesabat, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat, Əhəmiyyətli uçot siyasətləri və sair izahedici açıqlamaları daxil edən qeydlər)" və "onun müraciəti əsasında" sözləri çıxarılsın;

2. 5.5-ci bənddə "illik maliyyə hesabatına baxır, icmallaşdırır, həmçinin maliyyə-təsərrüfat fəaliyyəti barədə ümumi hesabat, balans" sözləri "illik maliyyə hesabatlarına baxır, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını" sözləri ilə əvəz edilsin;

3. 7.6.1-ci yarımbənddə "illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının" sözləri "illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının" sözləri ilə əvəz edilsin;

4. 8.1.13-cü yarımbənddə "ilin yekun maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı balansa" sözləri "illik maliyyə hesabatlarına və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına" sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 29 iyun.- S.3.