«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq  qərara alır:

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8,   maddə 603; 2006, ¹ 6, maddə 482; 2007, ¹ 8, maddə 745; 2008, ¹ 3, maddə 154; 2009, ¹ 12, maddə 948; 2011, ¹ 11, maddə 983; 2012, ¹ 6, maddə 509, ¹ 12, maddə 1053) 7-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

 1.1. adına "texniki göstəriciləri" sözlərindən sonra "və ünvanı" sözləri əlavə edilsin;

1.2. birinci hissənin əvvəlinə "7.1." rəqəmləri əlavə edilsin;

1.3. aşağıdakı məzmunda 7.2-ci maddə əlavə edilsin:

"7.2. "Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 may 2013-cü il

 

Azərbaycan.-2013.- 30 iyun.- S.2.