Azərbaycan Ombudsmanı Fransa Milli Assambleyasında iki

azərbaycanlının vəhşicəsinə döyülməsi ilə əlaqədar bəyanat vermişdir

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Fransa Milli Assambleyasında iki azərbaycanlının vəhşicəsinə döyülməsi ilə əlaqədar bəyanat vermişdir.

Ombudsman Aparatından AzərTAc-a daxil olan bəyanatda bildirilir ki, fevralın 26-da Parisdə Fransa Milli Assambleyasının binasında Fransa-Ermənistan dostluq qrupunun üzvləri tərəfindən keçirilmiş yığıncaqda Fransadakı "Azərbaycan Evi"nin sədri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynov Fransa parlamentinin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Fransua Roşeblounun təhriki ilə erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülmüşonlara ağır bədən xəsarəti yetirilmiş, şərəf və ləyaqətləri alçaldılmışdır.

Bu il bütün dünya dövlətləri insan hüquqları sahəsində fundamental sənəd olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 illiyini qeyd etməyə hazırlaşır. Bəyannamə məhz Fransada, Parisdə qəbul edilmişdirbu möhtəşəm sənədin əsas müəllifi də  tanınmış fransız hüquqşünası Rene Kassen olmuşdur. Belə bir zorakılıq hadisəsinin məhz Fransa parlamentində, parlament üzvünün təhriki ilə baş verməsi, digər iştirakçıların isə buna laqeyd qalması Fransanın "insan hüquqlarının beşiyikeşikçisi" adına xələl gətirir.

Bəyanatda vurğulanır ki, Fransa həmçinin Avropa Şurasının, Avropa İttifaqının yaradıcılarından biri, Azərbaycanın da üzv olduğu "Şərq tərəfdaşlığı" Proqramının əlaqələndiricisi, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Məhz buna görə də bu hadisəyə Fransanın aidiyyəti qurumları xüsusi həssaslıqla yanaşmalıdırlar.

Bu vandalizm aktı hüquqi, demokratik dövlətin əsasını təşkil edən diskriminasiyaya yol verilməməsi prinsipi, həmçinin söz və düşüncə azadlığına böyük zərbədir. Qeyd olunan insan hüquqlarının bu fundamental prinsipləri Fransanın da iştirakçısı olduğu Mülkisiyasi hüquqlar haqqında PaktdaAvropa İnsan Hüquqları Konvensiyasında öz əksini tapmışdır. Fransa dövləti isə daim bu kimi sənədlərin qəbuluna və ratifikasiyasına çağırışlar edən dövlət kimi tanınır.

Azərbaycanlılara qarşı ermənilər tərəfindən bu zorakılıq aktının Xocalı soyqırımının ildönümü günündə törədilməsi xüsusi hiddət doğurur.

Məlum olduğu kimi, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində qətliam törətmişlər. Artıq bir sıra ölkələrin parlamentləri tərəfindən Xocalı faciəsi soyqırımı kimi tanınmışdır.

Bəyanatda deyilir: "Əminliyimi bildirmək istəyirəm ki, Fransa tərəfi baş vermiş zorakılıq aktına obyektiv hüquqi qiymət verməklə insan hüquqlarına, ümumbəşəri dəyərlərə sadiqliyini nümayiş etdirəcək və bu hadisənin uzun illər davam edən Fransa-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirəcəyinə yol verməyəcəkdir. Bunun üçün isə  Fransanın müvafiq qurumları tərəfindən baş vermiş hadisənin operativobyektiv şəkildə araşdırılaraq cinayətkarların məsuliyyətə cəlb edilməsi və kobudcasına pozulmuş insan hüquqlarının bərpası zəruridir.

Eyni zamanda, parlament üzvü üçün yolverilməz olan milli, irqi zəmində münaqişə yaratmağa yönələn hərəkətlərə yol vermiş F.Roşeblounun deputatlıq mandatından, AŞ PA nümayəndə heyətinin üzvlüyündən məhrum edilməsi və törətdiyi əmələ görə məsuliyyətə cəlb olunması məsələsinin Fransa parlamentində müzakirəyə çıxarılması və bu hadisəyə hüquqi qiymət verilməsi zəruridir.

Bu günöz əhəmiyyətini saxlayan 1789-cu ildə İnsan və vətəndaş hüquqları və azadlıqları haqqında Bəyannamənin qəbul edilməsi ilə başlayanböyük ənənələrə malik fransız parlamentarizminin imicini qorumaq, insan hüquqlarına hörməti təmin etmək və ədalətin bərpası üçün belə bir addımın atılması labüddür.

İnanıram ki, bu cinayəti törətmiş şəxslər qanuna müvafiq olaraq öz layiqli cəzalarını alacaqlar".

Bəyanat BMT-nin Baş katibinə və insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasının sədrinə,  Avropa Şurasının Baş katibinə,  Avropa Şurasının insan hüquqları üzrə komissarına, Avropa Ombudsmanlar İnstitutunun prezidentinə, Asiya  Ombudsmanlar Assosiasiyasının prezidentinə, Beynəlxalq Ombudsmanlar İnstitutunun prezidentinə, Fransa Milli Assambleyasının prezidentinə, Fransa Respublikasının insan hüquqları üzrə ombudsmanına, Fransa Respublikasının İnsan hüquqları üzrə Məşvərət Komissiyasının baş katibinə, Azərbaycanın Fransadakı səfirinə və Fransanın Azərbaycandakı səfirinə ünvanlanmışdır.

 

Azərbaycan.-2013.- 1 mart.- S.10.