"Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 34  Bakı şəhəri, 28 fevral 2013-cü il

 

"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli fərmanına əsasən və qiymətli kağızlar bazarında peşəkar iştirakçıların, habelə bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyətin lisenziyalaşdırılması üzrə şərtlərin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 11, maddə 676; 2004, ¹ 2, maddə 115; 2005, ¹ 9, maddə 860, ¹ 12, maddə 1234; 2006, ¹ 2, maddələr 204, 205, ¹ 9, maddə 822, ¹ 12, maddə 1159; 2007, ¹ 8, maddələr 849, 857, ¹ 10, maddə 1025; 2008, ¹ 1, maddə 37, ¹ 10, maddə 928, ¹ 12, maddələr 1110, 1114; 2009, ¹ 1, maddələr 22, 32, ¹ 2, maddə 156,

¹ 4, maddə 279, ¹ 8, maddə 670, ¹ 9, maddələr 739, 754, ¹ 12, maddə 1078; 2010, ¹ 3, maddə 264; 2011, ¹1, maddə 63; 2012, ¹ 9, maddə 931) ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər"də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 17-ci hissə çıxarılsın;

1.2. 19-cu hissə aşağıdakı redaksiyada verilsin:

"19. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının fəaliyyətinə (broker, diler, fond birjası, qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (klirinq), depozitar, qiymətli kağız sahiblərinin reyestrinin aparılması, qiymətli kağızlar bazarında ticarətin təşkili) xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

19.1. sonuncu hesabat tarixi üçün tərtib olunmuş maliyyə hesabatları (yeni yaranmış hüquqi şəxslər istisna olmaqla);

19.2. ərizəçinin və onun bütün filiallarında müvafiq peşəkar fəaliyyəti həyata keçirmək hüququ olan ən azı üç əməkdaşın ixtisas şəhadətnamələrinin surətləri;

19.3. istifadə ediləcək ofis sahəsində, müvafiq peşəkar fəaliyyətin həyata keçirilməsinə imkan verən kompyuter və telekommunikasiya sistemləri, elektron mühasibat proqramları haqqında məlumat;

19.4. hüquqi şəxsin, onun filialının təsis sənədlərinin (nizamnamə və əsasnamə), habelə kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarışının notarial qaydada təsdiq edilmiş surətləri;

19.5. ərizəçinin nizamnamə kapitalının 10 (on) və ya daha çox faizini təşkil edən paya birbaşa və ya dolayı yolla sahib olan şəxslər haqqında məlumat;

19.6. iştirakçılar (səhmdarlar) xarici fiziki şəxs olduqda, onun rezidenti olduğu ölkənin ən azı 2 (iki) maliyyə təşkilatının müsbət tövsiyələri (bu şəxslə nə vaxtdan işgüzar münasibət yaratdığını, ödəmə qabiliyyətli müştəri olmasını və ya maliyyə vəziyyətini xarakterizə edə bilən digər müsbət göstəriciləri əks etdirə bilər) və (və ya) bank hesablarından çıxarışlar;

19.7. ərizəçinin digər hüquqi şəxslərin nizamnamə kapitalında 20 (iyirmi) və ya daha çox faizi təşkil edən paya birbaşa və ya dolayı yolla sahibliyi haqqında məlumat, eləcə də ərizəçinin təsisçilərinin (iştirakçılarının) digər şəxslərin nizamnamə kapitalında 10 (on) və ya daha çox faizi təşkil edən paya birbaşa və ya dolayı yolla sahibliyi haqqında məlumat;

19.8. növbəti 3 (üç) il üçün tərtib edilmiş və ərizəçinin idarəetmə orqanı tərəfindən təsdiq edilmiş biznes-plan;

19.9. ərizəçinin idarəetmə orqanı tərəfindən təsdiq edilmiş təşkilati struktur;

19.10. daxili nəzarət sisteminin təsviri;

19.11. fəaliyyət xüsusiyyətindən asılı olaraq risklərin idarə edilməsi prosedurları;

19.12. audit aparan müstəqil auditorla bağlanmış müqavilənin surəti (olduqda);

19.13. rəhbər vəzifələrə təyin edilmiş əməkdaşlar haqqında məlumat, onların ali təhsili əmək stajı haqqında sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri;

19.14. rəhbər vəzifələrə təyin edilmiş əməkdaşlar üçün qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması, mülkiyyət əleyhinə iqtisadi fəaliyyət sahəsində ağır xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması ya peşə fəaliyyəti ilə məşğul olmasına məhkəmə qərarı ilə qadağanın qoyulmaması, habelə məhkəmə qaydasında müflis elan edilməsi faktının olmamasına dair vətəndaş qüsursuzluğu barədə ərizə;

19.15. peşəkar fəaliyyətin həyata keçirilməsi üçün qanun-vericiliklə müəyyən edilmiş daxili qaydaların surətləri.";

1.3. 20.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

 "20.2. QKDK tərəfindən təsdiq edilmiş "Bütün növ qiymətli kağız blanklarının hazırlanması satışı üzrə fəaliyyətin həyata keçirilməsinə dair Tələblər"ə uyğun olaraq aşağıdakı sənəd məlumatlar:

20.2.1. bütün növ qiymətli kağız blanklarının istehsalını həyata keçirmək üçün müvafiq yer barədə məlumat;

20.2.2. xüsusi materiallar yarımfabrikatların satın alınması istehsalçının xüsusi materiallar üçün ərazilərinə qəbul olunması uçotunun aparılması qaydası;

20.2.3. fotoplyonka çap formalarının uçotunun aparılması qaydası;

20.2.4. bütün növ qiymətli kağız blanklarının nömrələnməsi qaydası;

20.2.5. xüsusi materialların, yarımfabrikatların fotoplyonkalarının, çap formalarının, qiymətli kağız blanklarının standart formalarının, məhsulların, təhlükəsiz mürəkkəblər istehsal tullantılarının boş qablarının saxlanması qaydaları;

20.2.6. istehsal obyektlərinə giriş üçün icazə qaydaları;

20.2.7. daxili nəzarət qaydaları;

20.2.8. istehsal obyektlərinin texniki baxımdan gücləndirilməsi haqqında məlumat;

20.2.9. istehsal obyektində oğurluğun, yanğının hücumun xəbərdar edilməsi sistemi;

20.2.10. istehsal obyektində giriş-çıxışa nəzarət sistemi;

20.2.11. istehsal obyektinin videonəzarət sistemi.".

 

 

 Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 2 mart.- S.2.