Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva Rusiyanın gənclər təşkilatlarının üzvləri ilə görüşmüşdür

 

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) ofisində Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-ın sədri Leyla Əliyevanın  Rusiya Gəncləri İctimai Palatasının, Rusiyanın Gənclər və Uşaq Birlikləri Milli Şurasının, Gənclərin İşləri üzrə Federal Agentliyin və "Sodrujestvo" Beynəlxalq Gənclər İctimai Təşkilatının  üzvləri ilə görüşü olmuşdur.

RAGB-ın İdarə Heyətinin üzvü Emin Hacıyev  AzərTAc-ın müxbirinə bildirmişdir ki,  görüşdə gənclərlə sahəsində bir sıra birgə təşəbbüslər, cariperspektiv layihələr müzakirə edilmişdir.

Leyla Əliyeva görüş iştirakçılarını və onların təmsil  etdikləri təşkilatları  Azərbaycan Gənclər və İdman Nazirliyinin xətti ilə keçirilən beynəlxalq layihələrə  fəal qoşulmağa dəvət etmişdir. Görüşdə bu da vurğulanmışdır ki, Azərbaycan Prezidenti yanında yaradılmış Gənclər Fondu həm hüquqi, həm də fiziki şəxslərə qrantlar ayırır.  Leyla xanım qeyd etmişdir ki,  əcnəbilər üçün ayrıca kateqoriyalı qrantlar nəzərdə tutulmuşdur. Azərbaycanla bağlı layihələrin maliyyə dəstəyi almağa daha çox şansı vardır.

Rusiyanın Gənclər və Uşaq Birlikləri Milli Şurasının sədri Qriqori Petuşkov  RAGB-la əməkdaşlığın davam etdirilməsinə və qarşılıqlı fəaliyyətin genişləndirilməsinə böyük maraq göstərildiyini təsdiq etmişdir. O, III Rusiya-Azərbaycan Gənclər Forumunun 2013-cü ildə Rusiyada  keçirilməsinə, RAGB-ın Milli Şuranın digər üzv təşkilatları ilə əməkdaşlığının inkişafına, iki ölkənin mədəniyyət, idman və təhsil layihələrində gənclərin geniş iştirakına hər iki tərəfin  maraq göstərdiyini vurğulamışdır.

Görüşdə Rusiya Gəncləri İctimai Palatasının üzvü Aleksey Karpenko  ilə Rusiyanın tanınmış yazıçı  və şairlərinin kitablarının  Azərbaycan məktəblərində, Azərbaycanın tanınmış yazıçı və şairlərinin kitablarının  Rusiya məktəblərində yayılması üzrə layihənin bərpa edilməsi barədə razılaşma əldə olunmuşdur. A.Karpenko Leyla  xanımı bu ilin avqustunda Avstriyanın Alpbax  şəhərində keçiriləcək  Avropa Forumuna dəvət etmişdir.

Leyla Əliyeva  kitab mübadiləsi ideyasını dəstəkləyərək əlavə etmişdir ki, belə layihələr daim həyata keçirilməlidir.  Uşaq yazıçılarının həvəsləndirilməsinin, kitabların müxtəlif dillərə tərcümə olunmasının və iki ölkənin yazıçılarının görüşlərinin  təşkil edilməsinin əhəmiyyətli olduğunu vurğulayan  Leyla xanım demişdir: "Azərbaycan tərəfi Rusiyanın  məktəb  və universitetlərinə ədəbiyyat, o cümlədən Nizami, Füzuli, Səməd Vurğunbaşqa Azərbaycan yazıçı və şairlərinin əsərlərindən ibarət məcmuələri təqdim etməyə hazırdır".

Gənclərin İşləri üzrə Federal Agentliyin (GİFA) rəhbəri  Sergey Belokonev  gənclərlə   sahəsində birgə layihələrin həyata keçirilməsinə maraq göstərmişdir. Belə layihələrdən biri  Azərbaycan ərazisindən də keçəcək avtoyürüşün ən qısa  vaxtda təşkil edilməsi və keçirilməsi olacaqdır. Bundan əlavə, GİFA-nın  təşkil etdiyi  beynəlxalq layihələrdə Azərbaycan gənclərinin iştirak etməsi barədə  ilkin razılaşma əldə olunmuşdur. Görüşün sonunda S.Belokonev  iki ölkənin ərazisində həyata keçirilməsi nəzərdə tutulan birgə tədbirlər planının  işlənib hazırlanmasını və təsdiq olunmasını təklif etmişdir.

"Sodrujestvo" Beynəlxalq Gənclər İctimai Təşkilatının (BGİT)  icraçı direktoru Maqomed Əliyev RAGB, Azərbaycanın Gənclər və İdman Nazirliyiictimai  qurumları ilə  əməkdaşlığa yekun vuraraq bildirmişdir ki, Azərbaycan gəncləri "Sodrujestvo"nun  bütün tədbirlərində  bilavasitə və çox fəal  iştirak edir, buya digər istiqamətdə işin yekunlarına dair  əla nəticələr  nümayiş etdirirlər.  O, artıq həyata keçirilmiş layihə və proqramlar arasında MDB ölkələrinin gənc deputatları və liderləri üçün AŞ PA sessiyaları çərçivəsində silsilə seminarları, MDB Parlamentlərarası Assambleyasının sessiyası  çərçivəsində seminarı,  "Tələbə baharı" Beynəlxalq Festivalını (onun keçirilməsi ənənəsini  Azərbaycan bərpa etmişdir) "Birlik gəncləri günləri" Beynəlxalq Forumunu, "Gənc nəsil - sərhədsiz həyat" Humanitar Forumunu, "Seliger" Forumu çərçivəsində "Biz MDB-nin gələcəyiyik!" Gənclər növbəsini, Birliyin gənclər sessiyalarını və s. qeyd etmişdir.

M.Əliyev bu il "Sodrujestvo"nunonun Azərbaycandakı  milli bölməsinin dövlət hakimiyyəti orqanlarının  dəstəyi ilə,  RAGB və  digər ictimai təşkilatlarla əməkdaşlıq şəraitində həyata keçirəcəyi  layihələrdən danışmışdır.  Onların arasında təhsil sahəsində "Blits Sodrujestvo" silsilə seminarları, Birlik ölkələrinin ictimai diplomatik korpusu, "Sodrujestvo" Beynəlxalq Xristian və Müsəlman Gənclər Forumu, "Sodrujestvo"nun gənc bloqqerlərinin  dağ məktəbi, "Birlik gəncləri günləri" Beynəlxalq Forumu, "Sodrujestvo qəhrəmanları"  Forumu kimi layihələr vardır. Bundan əlavə, KİV-lər sahəsində  əməkdaşlıq təklif edilmişdir. Birliyin regional informasiya tərəfdaşı olan  "Region onlayn" birgə fəaliyyətin informasiya dəstəyi sahəsində birgə ideyaların həyata keçirilməsi üçün  öz platformasını  təqdim etməyə hazırdır.

M.Əliyev gənclərin təşəbbüslərini fəal surətdə dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirərək  demişdir ki, martın 9-da ölkəmizə gələcəkdir. Həmin günlər Azərbaycanda "Sodrujestvo" BGİT və onun Azərbaycandakı milli bölməsi  ilə "Blits Sodrujestvo. Bakı"  mövzusunda təhsil seminarı keçiriləcəkdir.

Leyla Əliyeva  görüşün sonunda  bildirmişdir ki, mayın 13-də  Bakıda "Yer kürəsi uşaqların gözü ilə" fotoşəkil festivalı keçiriləcəkdir. O, Rusiya gənclərini festivala dəvət etmişdir.

Leyla Əliyeva bildirmişdir ki,  Azərbaycanda incəsənət sahəsində layihələrin həyata keçirilməsinə  maraq göstərirlər.  Bakıdakı Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin, o cümlədən rəsm və foto sərgilərinin  təşkil edilməsi  üçün hər cür şərait yaradılmışdır. O, Moskvanın ən iri muzey-sərgi  komplekslərindən biri olan "Multimedia Art Muzey"də  təşkil edilən "Bakıya uçuş"  sərgisindən  söz açaraq demişdir ki, hər gün sərgiyə 2 minədək adam gəlir.

Leyla xanım Əliyeva  bütün görüş iştirakçılarını  Bakıya dəvət etmişdir.

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.-2013.- 2 mart.- S.6.