Venesuela Bolivar Respublikasının vitse-prezidenti zati-aliləri cənab Nikolas Maduro Morosa

 

Hörmətli cənab vitse-prezident!

Venesuela Bolivar Respublikasının Prezidenti, görkəmli dövlət xadimi Uqo Rafael Çaves Friasın vəfatı xəbərindən son dərəcə kədərləndim.

Uqo Rafael Çaves Frias həm ölkəsinin inkişafı xalqının rifahının yüksəlməsi, həm Latın Amerikası dövlətlərinin həmrəyliyi istiqamətində mühüm işlər görmüşdür. İnanıram ki, onun əziz xatirəsi Venesuela xalqının yaddaşında əbədi qalacaqdır.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə bütün xalqınıza öz adımdan Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 6 mart 2013-cü il

 

Azərbaycan.-2013.- 7 mart.- S.1.