Bakıda Azərbaycan-Yunanıstan işgüzar görüşü keçirilmişdir

 

Yunanıstan xarici işlər nazirinin müavini Dimitris Kurkulasın ölkəmizə səfəri çərçivəsində martın 7-də Bakıda Azərbaycan-Yunanıstan işgüzar görüşü keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə Yunanıstanın qida sənayesi, turizm, səhiyyə, əczaçılıq, tikintidizayn, aviasiya, kabel, paltar, xəz, işıqlandırma sistemləri və digər sektorları təmsil edən şirkətlər iştirak etmişlər.

AZPROMO-nun prezidenti vəzifələrinin icraçısı Rüfət Məmmədov ölkəmizin iqtisadiyyatı, yaradılmış əlverişli biznesinvestisiya mühiti barədə danışmış, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafının əhəmiyyətini vurğulayaraq adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.

Yunanıstan-Azərbaycan Ticarət Palatasının rəhbəri George Papadopoulos vurğulamışdır ki, bu cür işgüzar görüşlərin keçirilməsi iki ölkə sahibkarları arasında əlaqələrin inkişafına təkan verirbunu məqsədəuyğun hesab edirik.

Tədbirdə həmçinin Yunanıstandan gəlmiş 40 şirkətin nümayəndələri ilə ikitərəfli görüşlər təşkil edilmişdir.

Görüşdə Azərbaycan tərəfindən 100-ə yaxın şirkət iştirak etmişdir.

 

 

Azərbaycan.-2013.- 8 mart.- S.2.