Azərbaycan Respublikası hökuməti və Monteneqro hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2011-ci il sentyabrın 16-da Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 266-IVQ nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası hökuməti və Monteneqro hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş"in icrasını və ikitərəfli əlaqələrin genişləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası hökuməti və Monteneqro hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

 

Komissiyanın həmsədri

 

 Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

 

 Komissiyanın üzvləri:

 

Aslan Aslanov     - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Firdovsi Əliyev   - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Gülməmməd Cavadov - Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini

Xələf Xələfov     - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

İltimas Məmmədov - Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini

Qulu Novruzov     - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Musa Pənahov      - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

Nazim Səmədov     - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Ragim Lətifov     - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Səfər Mehdiyev    - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Rüstəm Şahbazov   - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini

Eldar Həsənov     - Azərbaycan Respublikasının Monteneqrodakı fövqəladə və səlahiyyətli səfiri

Xəqani Abdullayev - Azərbaycan Respublikasının Mərkəzi Bankı sədrinin müavini

İlqar İsayev      - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdiri.

 

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Azərbaycan Respublikası hökuməti və Monteneqro hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Monteneqro tərəfinə müvafiq bildiriş göndərsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2013-cü il

 

Azərbaycan.-2013.- 10 mart.- S.1.