Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda daha böyük rol oynamasını istəyir

 

Bu fikir Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənovun "New Europe" qəzetinə müsahibəsində səslənmişdir

 

"Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əlaqələrini davam etdirməkdə qətiyyətlidir və gələcəkdə bu əməkdaşlığı daha da genişləndirməyi və gücləndirməyi nəzərdə tutur."  AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov nüfuzlu "New Europe" qəzetinə müsahibəsində söyləmişdir.

Əli Həsənov bildirmişdir ki, Brüssel Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində daha fəallıq göstərməli və Cənubi Qafqaz kimi vacib regionda sülhün bərqərar olmasına kömək etməlidir. 

Şöbə müdiri demişdir: "Bizim Avropa İttifaqı ilə yaxşı tərəfdaşlığımız vardır və bu təşkilatla bir neçə əməkdaşlıq sazişi imzalamışıq. Biz Aİ ilə enerji təhlükəsizliyinə dair Bəyannamə imzalamışıq. Azərbaycan Aİ ölkələrinin artan enerji tələbatının təmin edilməsində mühüm rol oynayır".

Əli Həsənov Azərbaycan üçün vacib layihələr olan "Şərq tərəfdaşlığı" və "Avropa Qonşuluq siyasəti" proqramlarını xüsusi vurğulayaraq demişdir: "Bu iki layihənin məqsədi Azərbaycanda Avropa dəyərlərini gücləndirmək, xüsusilə də, iqtisadi əlaqələri və azad bazar münasibətlərini inkişaf etdirməkdir. Bunlar həm Avropa, həm də bizim üçün çox vacibdir".

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov qeyd etmişdir ki, Aİ-Azərbaycan tərəfdaşlığının digər hissəsini Avropa mallarının və sənaye məhsullarının Azərbaycana  idxalı prosesinin sadələşdirilməsi təşkil edir. Buraya gömrük rüsumlarının liberallaşdırılması, Avropa və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi, Azərbaycanda siyasi plüralizmin və vətəndaş cəmiyyətinin inkişafı məsələləri də daxildir.

Azərbaycanın Avropa İttifaqı və Rusiya ilə əlaqələrini müqayisə edən Prezident Administrasiyasının rəsmisi demişdir ki, Bakı Rusiyanı bu regionda çox böyük oyunçu hesab edir. Əli Həsənov bildirmişdir: "Rusiyanın regionda maraqlarının olmasını təbii hesab edirik. Biz Aİ ilə qonşumuz kimi tərəfdaşlıq edirik. Buna görə də mən Azərbaycanın Rusiya və Aİ ilə əlaqələrini bölmək istəməzdim. Biz bu məsələdə seçim aparmaq istəmirik. Həm Rusiya, həm də Aİ bizim yaxşı tərəfdaşlarımızdır və onlarla milli maraqlarımız əsasında əməkdaşlıq edirik. Rusiya Avropanın əsas neft və qaz təchizatçısıdır. Biz də Avropanı neft və qazla təchiz edirik. Buna baxmayaraq, biz rəqib deyilik. Çünki onların öz bazarı vardır, bizim öz bazarımız. İqtisadi inkişaf, iqtisadi liberallaşma üçün həm Rusiya, həm də Azərbaycan Qərbə istiqamətlənmişdir. Rusiya ilə bağlı yeganə fərq regional təhlükəsizlik məsələsidir. Rusiyanın təşəbbüsü ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yaradılmışdır. Keçmiş Sovet İttifaqının bir çox dövlətlərindən ibarət bu təşkilata Azərbaycan üzv olmamışdır. Azərbaycan NATO-nun da üzvü deyildir. Beləliklə, təhlükəsizlik məsələsində bizim müstəqil mövqeyimiz vardır. Əlbəttə, biz NATO-ya üzv olmasaq da, müxtəlif çərçivələrdə alyansla tərəfdaşlıq edirik. NATO-ya üzv olmağı da planlaşdırmırıq. Eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da daxil olmaq fikrimiz yoxdur. Hesab edirəm ki, bu məsələlərdə neytral olmaq milli təhlükəsizliyimizin xeyrinədir. Çünki inanırıq ki, neytral mövqenin saxlanması Azərbaycanın çox yaxşı tranzit və Şərq ilə Qərb arasında körpü rolunu oynaması üçün daha əlverişlidir".

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan Aİ-dən kömək gözləyirmi" sualına cavabında Əli Həsənov demişdir: "Biz münaqişənin həllində Aİ-dən ATƏT-in Minsk qrupunun dəstəyi formasında güclü təsir və dəstək gözləyirik. HazırdaFransa vasitəsilə ATƏT-in Minsk qrupunda təmsil olunur. Lakin hesab edirik ki, gələcəkdə təşkilat ATƏT-in Minsk qrupunda özünün şəxsi nümayəndəsi olması məsələsini nəzərdən keçirməlidir. Bu, həm münaqişənin həllində Aİ-nin mövqeyinin güclənməsinə kömək edəcəkdir. ATƏT-in Minsk qrupunda Fransa Aİ-ni təmsil etməsinə baxmayaraq, bu, yalnız bir dövlətdir. Buna görə biz Aİ-nin bu məsələdə daha fəal təsirini gözləyirik. Çünki inanırıq ki, Cənubi Qafqazda sülh olmadan Avropanın tam təhlükəsizliyindən söhbət gedə bilməz".

İranın nüvə məsələsinin həllində Bakının rolundan danışan Əli Həsənov demişdir: "Azərbaycan İranda ya Avropada siyasi məsələlərə təsir edəcək qədər böyük ölkə deyildir. Hesab edirəm ki, İran arasında olmaq ya bunlardan birinə üstünlük vermək milli maraqlarımıza uyğun deyildir. Bu məsələdə biz neytral mövqeyimizə sadiqik. Ümid edirik ki, onlar tezliklə hər iki tərəfi qane edəcək bir qərara gələcəklər, çünki İran arasında ziddiyyətlər Azərbaycan üçün pis nəticələri olan hadisələrə gətirib çıxara bilər. İranda çoxlu sayda azərbaycanlı yaşayır. Bu hadisələr onların öz torpaqlarından zorla çıxarılması ilə nəticələnə bilər". 

Əli Həsənov demişdir: "Azərbaycan enerji layihələrindəilə fəal əməkdaşlıq edir. Bu ziddiyyətlər enerji layihələrinin həyata  keçməsinə mənfi təsir göstərə bilər. Ümid edirik ki, məsələ sülh yol ilə həll olunacaq, İran beynəlxalq hüququn tələblərinə əməl edəcək, Aİ isə rəsmi Tehranın bütün qanuni hüquqlarını tanıyacaqdır".

Şöbə müdiri vurğulamışdır ki, yoxsulluğun azaldılması Azərbaycan hökumətinin əsas prioritetlərindən biridir. Son 10 ildə biz yoxsulluğun azaldılması üçün çox işlər görmüşük. Ötən 9 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə düşmüşdür. Növbəti 5 ildə isə məqsədimiz yoxsulluğu tamamilə aradan qaldırmaqdır. Bu tədbirlərə yerlərinin sayının artırılması, müdafiəyə ehtiyacı olanlarla bağlı sosial siyasətin gücləndirilməsi məsələləri daxildir. Bu siyasətin mərkəzində duran məqsəd ondan ibarətdir ki, hər kəsin ən azından minimum yaşayış şəraiti olmalıdır. Bu, o deməkdir ki, hər kəsin evi işi olmalıdır.

Prezident Administrasiyasının rəsmisi " şəhər" layihəsi haqqında da danışmışdır. Bildirilmişdir ki, Azərbaycan hökuməti yerli xarici sərmayədarların bu layihəyə cəlb olunmasını stimullaşdırmağa hazırdır. Lakin bu, tamamilə kommersiya layihəsidir. Biz bu layihənin inkişaf etdirilməsi üçün bütün imtiyazları nəzərdən keçirməyə hazırıq. Biz, həmçinin "Qara şəhər"də yaşayan sakinlərin köçürülməsi prosesini, onların yaxşı şəraitlə təmin olunmasını nəzarətdə saxlayırıq".

 

 

Azərbaycan.-2013.- 10 mart.- S.3.