ABŞ-ın Texas
ştatının Nümayəndələr Palatası Xocalı
faciəsini yenidən tanımışdır
Martın 7-də ABŞ-ın Texas ştatının parlamenti erməni silahlı birləşmələrinin 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdiyi qətliamını tanınması üzrə HR 565 nömrəli daha bir qətnamə qəbul etmişdir. Qətnamədə Xocalı şəhərinin keçmiş SSRİ-nin hərbi alayının köməyi ilə erməni silahlı qüvvələri tərəfindən işğalından, qaçmağa çalışan dinc sakinlərin erməni əsgərləri tərəfindən qətlə yetirilməsindən danışılır, Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi gedişində ən irimiqyaslı qətliam olduğu bildirilir.
O
vaxt dünyanın bir çox aparıcı KİV-ləri Xocalı qətliamından
yazmışdı. "Humans Right
Watch" hüquq
müdafiə təşkilatı
bildirmişdi ki, bu faciə "hərbi zonada dinc əhali
ilə rəftar barədə hüquq normalarının
pozulmasıdır". Bir çox ölkələrin
hökumətləri bu hücumu pisləmişdilər. Qətnamənin
müəllifi, Texas ştatının 149-cu dairəsini təmsil edən Hubert
Vo bu sənədlə həmkarlarını Xocalı
soyqırımı qurbanlarının xatirəsini anmağa
çağırmışdır. Qətnamənin layihəsi
konqresmen Vo tərəfindən 2013-cü il fevralın 21-də Nümayəndələr
Palatasında təqdim olunmuşdur.
Xatırladaq
ki, Texasda Xocalı qətliamını tanıyan HR 535 nömrəli
birinci qətnamə ABŞ Azərbaycanlıları
Şəbəkəsinin (USAN) apardığı kampaniyadan
sonra 2011-ci ilin martında qəbul edilmişdi.
Yusif BAĞANLI,
AzərTAc
Vaşinqton
Azərbaycan.-2013.- 10 mart.- S.3.