Rəsmi qarşılanma mərasimi

 

Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri

 

Xorvatiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 11-də rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Prezident Sarayının qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Xorvatiya Prezidenti İvo Yosipoviç Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Hərbi orkestrin ifasında Azərbaycanın və

 Xorvatiyanın dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Xorvatiya əsgərlərini salamladı.

Xorvatiyanın dövlət hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Xorvatiya Prezidenti İvo Yosipoviçə təqdim olundu.

Prezidentlər rəsmi foto çəkdirdilər.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 12 mart.- S.1.