Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiya Prezidenti İvo Yosipoviçin təkbətək görüşü

 

Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri

 

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Prezidenti İvo Yosipoviçin təkbətək görüşü olmuşdur.

İkitərəfli əlaqələrin siyasi, iqtisadi və mədəni sahələrdə uğurlu inkişafından məmnunluğun ifadə edildiyi görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya budəfəki rəsmi səfərinin münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı. Qeyd olundu ki, bu səfər əməkdaşlığın perspektivlərinin müəyyən edilməsi baxımından önəmlidir.

Görüşdə beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 12 mart.- S.1.