Xorvatiyanın Baş naziri ilə görüş
Azərbaycan
Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri
Xorvatiya
Respublikasında rəsmi səfərdə olan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 11-də
Baş nazir Zoran Milanoviç ilə
görüşmüşdür.
Prezident
İlham Əliyevi Xorvatiyanın Baş naziri Zoran
Milanoviç qarşıladı. Xatirə şəkli çəkdirildi.
Azərbaycan
Prezidenti İlham Əliyev Fəxri qonaqlar kitabını
imzaladı.
Görüşdə
ölkələrimiz arasında iqtisadi əlaqələrin
mövcud səviyyəsindən məmnunluq ifadə olundu, Azərbaycan
Prezidentinin səfərinin əməkdaşlığımızın
perspektivləri baxımından önəmi vurğulandı.
Enerji
sahəsində yaxşı perspektivlərin olduğunun
bildirildiyi görüşdə qeyri-enerji, nəqliyyat, turizm,
qarşılıqlı investisiyaların qoyulması və digər
sahələrlə bağlı layihələrin əhəmiyyətindən
danışıldı. Bu səfərin həmin layihələrlə
əlaqədar səmərəli müzakirələrin
aparılması və konkret nəticələrin əldə
olunması ilə bağlı əhəmiyyəti diqqətə
çatdırıldı.
Görüşdə
ölkələrimiz arasında iqtisadi əməkdaşlığın
bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə
olundu.
Sonra
Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiyanın
Baş naziri Zoran Milanoviçin işçi naharı oldu.
AzərTAc
Azərbaycan.-2013.- 12 mart.- S.3.