«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹12, maddə 740; 2002, ¹12, maddə 706; 2003, ¹1, maddə 23, ¹8, maddə 428, ¹12, I kitab, maddələr 676, 698; 2005, ¹1, maddə 1, ¹6, maddə 462, ¹8, maddə 684, ¹10, maddələr 873, 905, ¹12, maddə 1083; 2006, ¹3, maddələr 223, 225, ¹6, maddə 481, ¹12, maddələr 1015, 1029; 2007, ¹2, maddə 80, ¹12, maddə 1203; 2008, ¹3, maddə 158, ¹6, maddə 462, ¹7, maddə 602, ¹12, maddə 1047; 2009, ¹1, maddə 5, ¹2, maddə 56, ¹3, maddə 160, ¹7, maddə 519, ¹12, maddə 947; 2010, ¹4, maddə 276, ¹6, maddə 485, ¹10, maddə 840, ¹11, maddə 939; 2011, ¹1, maddə 12, ¹4, maddələr 245, 264, ¹11, maddə 985, ¹12, maddə 1100; 2012, ¹1, maddə 4, ¹6, maddələr 508, 518, ¹7, maddə 646; Azərbaycan Respublikasının 2012-ci il 1 oktyabr tarixli 434-IVQD nömrəli qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 28.1-ci maddədə "Bayrağı altında üzmək hüququ (patent)" sözləri "Dövlət bayrağı altında üzmək hüququ" sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 28.21-ci maddə əlavə edilsin:

"28.21. Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında Sertifikatın verilməsi - 50 manat.".                                       

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 fevral 2013-cü il

 

Azərbaycan.-2013.- 12 mart.- S.4.