«Ekoloji təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq "Ekoloji təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununu "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Ekoloji təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹8, maddə 471; 2004, ¹ 2, maddə 57; 2006, ¹12, maddə 1005; 2007, ¹12, maddə 1211) 9-cu maddəsinin 2-ci hissəsinə aşağıdakı məzmunda 2.7-1-ci bənd əlavə edilsin:

 "2.7-1. "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə, həmin ərazidə yayılmasına və istifadəsinə;".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2013-cü il

 

Azərbaycan.-2013.- 12 mart.- S.4.