«Ekoloji təmiz kənd təsərrüfatı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanununu "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹8, maddə 700) aşağıdakı məzmunda 4.0.1-1-ci maddə əlavə edilsin:

"4.0.1-1. Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərin mühafizəsi;".           

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2013-cü il

 

Azərbaycan.-2013.- 12 mart.- S.4.