Prezident İlham Əliyev Çetinye şəhərindəki Kral Nikolay Sarayında olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyevin Monteneqroya rəsmi səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqroya rəsmi səfəri çərçivəsində martın 12-də Çetinye şəhərindəki Kral Nikolay Sarayı ilə tanış olmuşdur.

Dövlətimizin başçısı sarayda yaradılan muzeyə baxmışdır.

Monteneqro Prezidenti Filip Vuyanoviç əvvəlcə Çetinye şəhərində son illərdə həyata keçirilən infrastruktur layihələri görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, XIII əsrdə əsası qoyulan Çetinye şəhəri Monteneqronun qədim paytaxtı hesab edilir. Maraqlı zəngin tarixi olan Çetinyedə çoxlu muzeylər saraylar vardır. Bu şəhərdəki binalar orijinal arxitekturası ilə seçilir.

Kral Nikolay Sarayı ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, saray Kral Nikolayın dövründə 1863-cü ildə tikilib orijinal memarlıq üslubu ilə diqqəti cəlb edir. İndi muzey kimi fəaliyyət göstərən sarayda son illərdə yenidənqurma işləri aparılmış, binanın tarixi görkəmi bərpa edilmişdir.

Muzeyin ekspozisiyası ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada Monteneqro tarixinin mühüm mərhələlərini əks etdirən qiymətli eksponatlar saxlanılır. Muzeydə qədim silahların kolleksiyaları toplanmışdır. Bundan başqa, Kral Nikolay Sarayında bir çox rəssamların müxtəlif illərdə yaratdığı qiymətli əsərlər sərgilənir. Muzeyin qiymətli eksponatları arasında qədim pullar, bayraqlar, keçmişdə indi istifadə olunan hərbi geyimlər nümayiş olunur. Əlbəttə ki, Kral ailəsinə məxsus əşyalar da böyük maraqla qarşılanır. Monteneqronun milli sərvəti olan bu eksponatlar əşyalar, ilk növbədə, bu ölkənin tarixi zənginliyindən xəbər verir. Odur ki, burada toplanan eksponatların müxtəlifliyi ölkəyə gələn turistlərdə böyük maraq yaradır.

Sonda Prezident İlham Əliyev muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 14 mart.- S.2.