Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Deputatlar Palatası sədrinin başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 14-də
Rumıniya Deputatlar Palatasının sədri Valeriu
Zqoneanın başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Ölkələrimiz
arasında güclü siyasi əlaqələrin mövcud
olduğunu vurğulayan dövlət başçısı Azərbaycan
ilə Rumıniya arasında ikitərəfli dostluq və
strateji tərəfdaşlıq əlaqələrinin
bütün sahələrdə bundan sonra da genişlənəcəyinə
əminliyini ifadə etdi.
Münasibətlərimizin
daha da möhkəmləndirilməsində parlamentlərarası
əməkdaşlığın əhəmiyyətini
vurğulayan Prezident İlham Əliyev ölkələrimizin
beynəlxalq təşkilatlar çərçivəsində
bir-birinə dəstək vermələrinin önəmini qeyd
etdi. Azərbaycan xalqının
rumın xalqına böyük hörmətlə
yanaşdığını deyən dövlət
başçısı müxtəlif məsələlərlə
bağlı Rumıniyanın ölkəmizə göstərdiyi
dəstəyə görə təşəkkür etdi.
Prezident İlham Əliyev
Rumıniya Deputatlar Palatasının sədri Valeriu
Zqoneanın Azərbaycana səfərinin uğurlu
olacağına əminliyini bildirdi.
Rumıniya
Deputatlar Palatasının sədri Valeriu Zqonea ölkələrimiz
arasında strateji tərəfdaşlıq haqqında sənəd
imzalandıqdan sonra dostluq əlaqələrimizin çox
yaxşı səviyyədə olduğunu vurğuladı. Azərbaycan
ilə Rumıniya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə
əlaqələrin inkişafının razılıq
doğurduğunu deyən qonaq bu əlaqələrin genişləndirilməsində
parlamentlərarası əməkdaşlığın əhəmiyyətini qeyd etdi.
Görüşdə
Azərbaycan ilə Rumıniya arasında enerji sahəsində
əməkdaşlıq,
investisiya qoyuluşu, Avropa strukturları və eləcə
də beynəlxalq regional təşkilatlar çərçivəsində
əməkdaşlıqla bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 15 mart.- S.1.