"Azərbaycan Polis Akademiyasını təşkil etmək tədbirləri barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 iyun tarixli 321 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 41 Bakı şəhəri, 7 mart 2013-cü il

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 688 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Polis Akademiyasını təşkil etmək tədbirləri barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 iyun tarixli 321 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında "Azərbaycan Polis Akademiyasını" sözləri "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını" sözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

"1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul planı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim edilir.";

1.3. 2-ci hissədə, 3-cü hissənin birinci abzasında, 4-cü və 6-cı hissələrdə "Azərbaycan Polis Akademiyasının" sözləri "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının" sözləri ilə əvəz edilsin;

1.4. 5-ci hissənin birinci abzasında "Azərbaycan Polis Akademiyası" sözləri "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 16 mart.- S.2.