«Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı\"nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 12, maddə 689; 2001,

¹ 11, maddə 677; 2002, ¹ 5, maddə 237; 2003, ¹ 6, maddə 273, ¹ 8, maddə 419; 2004, ¹ 7, maddə 522, ¹ 10, maddə 784, ¹ 12, maddələr 982, 987; 2005, ¹ 4, maddə 283,

¹ 10, maddə 884; 2007, ¹ 3, maddə 212, ¹ 11, maddə 1051; 2008, ¹ 5, maddələr 346, 347, ¹ 8, maddə 708, ¹ 11, maddə 959; 2009, ¹ 4, maddə 214, ¹ 7, maddələr 503, 511, ¹ 10, maddə 770, ¹ 12, maddə 963; 2010, ¹ 7, maddə 605, ¹ 11, maddələr 942, 943, 961; 2011, ¹ 3, maddə 166, ¹ 7, maddə 613; 2012, ¹ 2, maddə 54, ¹ 3, maddə 192, ¹ 6, maddə 525, ¹ 9, maddə 840, ¹ 11, maddə 1059) əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

1. "Xəzər rayonu" bölməsi üzrə:

1.1.  1.2.3-cü sıra çıxarılsın;

1.2.  1.2.4-cü sırada "Gürgən-Pirallahı" və "Gürgən və Pirallahı" sözləri "Gürgən" sözü ilə əvəz edilsin.

2. Siyahıya aşağıdakı məzmunda "Pirallahı rayonu" bölməsi əlavə edilsin:

 

 

 

1.12           Pirallahı rayonu

 

1.12.1   Pirallahı bələdiyyəsi                      Pirallahı qəsəbəsi

 

1.12.2   Çilov-Neft Daşları                         ÇilovNeft Daşları qəsəbələri

 

            bələdiyyəsi    

 

 3. "Ağdaş rayonu" bölməsinin 10.29-cu sırasında "Məşəd bələdiyyəsi" sözləri "Gürcüva bələdiyyəsi" sözləri ilə əvəz edilsin və həmin sıradan ", Məşəd" sözü çıxarılsın.

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2013-cü il

Azərbaycan.-2013.- 17 mart.- S.2.