Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanı qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən müdafiə sahəsində yaxşı səviyyədə olduğunu vurğuladı. Ölkələrimiz arasında əməkdaşlığın istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində yaxşı ənənələrə malik olduğunu deyən Prezident İlham Əliyev bu əməkdaşlığın müdafiə sahəsində daha da möhkəmləndirilməsi üçün  yaxşı imkanların mövcudluğunu vurğuladı.

Gürcüstanın müdafiə naziri kimi Azərbaycana səfərindən məmnunluğunu bildirən İrakli Alasaniya səfərinin müdafiə sahəsində əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi baxımından önəmli olduğunu vurğuladı.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 19 mart.- S.3.