Ağcabədidə sahibkarlığa dövlət dəstəyi güclənir

 

Dinamik inkişaf yoluna çıxan regionlar sırasında Ağcabədinin özünəməxsus yeri var. Münbit torpağa, bol suya, təmiz havaya malik Ağcabədi, sözün həqiqi mənasında, son illər intibah dövrünü yaşayır. Bölgənin sürətli inkişafını şərtləndirən əsas amil isə dövlətin davamlı və yetərli qayğısıdır.

Son beş ildə Prezident İlham Əliyevin bu rayona üç dəfə səfər etməsi bunun əyani təsdiqidir. Dövlət başçısının hər səfəri rayonun sosial-iqtisadi həyatında diqqətçəkən yeniliklərlə müşayiət olunur. Əhalinin firavan dolanışığını təmin etməyə, yaşayış tərzini yaxşılaşdırmağa hesablanan yeniliklər isə kifayət qədər çoxdur. Başqa sözlə, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulanPrezident İlham Əliyev tərəfindən müasir dövrün xüsusiyyətlərinə uyğun davam etdirilən sosial-iqtisadi inkişaf Ağcabədidə də uğurla həyata keçirilir. Bu bölgəyə dövlət səviyyəsində verilən böyük önəmin, göstərilən qayğı və diqqətin konkret göstəriciləri göz qabağındadır. Bu isti münasibət rayon əhalisində böyük minnətdarlıq hissi doğurur, yüksək əhval-ruhiyyə yaradır,  eyni zamanda, yerli rəhbərliyin məsuliyyətini birə-beş artırır. Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov söhbət zamanı dövlət məmurunun xalqPrezident qarşısında daşıdığı məsuliyyət hissini xüsusi vurğulayaraq dedi:

- Məlum olduğu kimi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinın yekunlarına həsr olunmuş konfransdakı nitqində Prezident İlham Əliyev keçdiyimiz sürətli inkişaf yolunu geniş təhlil etdi, qarşıya məsul və yeni vəzifələr qoydu, ölkə vətəndaşlarına şərəflə xidmət etməli olan dövlət məmurlarından tələblərini kifayət qədər artırdı. Əlbəttə, bu, yeni tələb deyil. Heç yadımdan çıxmaz. Möhtərəm Prezident 2011-ci ilin 23-24 dekabrında bizim regionda oldu. Məcburi köçkünlər üçün inşa edilən 556 mənzilli beşmərtəbəli 10 binanın və infrastruktur obyektlərinin tikintisi ilə maraqlandı. Sonra "Taxta körpü" ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün tikilmiş qəsəbənin açılışında iştirak etdi. Dövlət başçısı məcburi köçkünlərlə görüşdə vurğuladı ki, heç vaxt ad günümü keçirməmişəm. Mənim üçün çox sevindiricidir ki, bugünkü ad günümü ailəmlə, yəni sizinlə bir yerdəyəm. Bu, ölkə rəhbərinin rayonumuzaburada məskunlaşmış məcburi köçkünlərə  səmimi münasibətinin göstəricisidir.

Rayonumuzun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə Prezident İlham Əliyev son 5 ildə 5 sərəncam imzalayıbdır. Bu qayğı sayəsində Ağcabədinin sosial problemləri uğurla həll olunur, iri infrastruktur layihələri həyata keçirilir, sahibkarlığın inkişafı yolunda birmənalı olaraq yaşıl işıq yandırılır. Nəticə isə göz qabağındadır. Rayon sakinlərinin dolanışıq səviyyəsi son illərdə müqayisəedilməz dərəcədə yaxşılaşıbdır. Əhalinin elektrik enerjisi, təbii qaz, içməli su təminatı lazımınca ödənilir. Yol infrastrukturu əsaslı şəkildə yenilənibdir. Respublika əhəmiyyətli istehsalemal müəssisələri yaradılıb, minlərlə yeni yeri açılıb. Ən önəmlisi də odur ki, adamlar çox nikbindirlər. Sabahımızın daha firavan olacağına inam güclüdür. Bu inam dövlət başçısının yeritdiyi müdrik daxili və uzaqgörən xarici siyasətdən qaynaqlanır.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə əlaqədar Ağcabədi rayonunda 17 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Proqrama uyğun olaraq pambıqçılıq, taxılçılıq və heyvandarlıq məhsulları istehsalının, kiçik emal müəssisələrinin inkişafının dəstəklənməsi sayəsində böyük uğurlar qazanılmışdır. Ağabəyli kəndi ərazisində sutkalıq istehsal gücü 250 ton olan "Atena" MMC süd məhsulları kombinatı, Ağcabədi şəhəri ərazisində sutkalıq istehsal gücü 20 ton olan süd emalı zavodu, Ağabəyli kəndi ərazisində 5000 ton tutumu olan taxıl məhsullarının saxlanması və təmizlənməsi üzrə anbar kompleksi, Aşağı Avşar kəndi ərazisində tutumu 1000 ton olan soyuducu anbar tikilib istifadəyə verilmişdir. Xocavənd kəndi ərazisində illik istehsal gücü 1500 ton olan ət kəsimi kombinatı və Rəncbərlər kəndi ərazisində tutumu 5000 ton olan soyuducu anbarı, Ağcabədi şəhəri ərazisində sutkalıq istehsal gücü 10 ton olan çörək zavodu inşa olunur.

Rayon mərkəzində dekorativ plitələr istehsalı, plastik və alüminium materiallardan qapı və pəncərə istehsalı sexləri, kiçik mebel və beton istehsalı müəssisəsi, 2 ədəd qum-çınqıl karxanası fəaliyyət göstərir.

Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında 14 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən 24,5 kilometr Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolu əsaslı şəkildə yenidən qurulmuşdur. Avropa standartlarına cavab verən 5 korpusdan ibarət 205 çarpayılıq xəstəxana tikintisi müvəffəqiyyətlə davam etdirilir. Dövlət başçısının Ağcabədidə Olimpiya İdman Kompleksinin tikilməsi ilə əlaqədar sərəncam imzalaması rayon gənclərinin böyük sevincinə səbəb olmuşdur.

Heydər Əliyev Mərkəzi istifadəyə verilmiş, rayon icra hakimiyyətinin inzibati binasının qarşısında Heydər Əliyevin abidəsi ucaldılmış, ərazisi 4 hektar olan Heydər parkı yenidən qurulmuş, parkda ulu öndərin büstü qoyulmuş, ərazisi 2 hektar olan Hindarx qəsəbə parkı salınmış, Üzeyir Hacıbəyli adına park əsaslı təmir edilmiş, 15 İyun parkı inşa olunmuşdur. Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi bütün bölgədə muğamsevərlərə qiymətli töhfədir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2008-ci ildə 16 mənzilli, 2010-cu ildə 24 mənzilli, 2011-ci ildə isə 36 mənzilli yaşayış binaları tikilib istifadəyə verilmişdir. Uzun müddətdən bəri davam edən rayonun Qaradolaq, Yeni Qaradolaq, Aran, Mehrablı və Kəbirli kəndlərinin içməli su problemi həll olunmuşdur.

Dövlət proqramının uğurla icra edilməsi rayonda işgüzar mühitin canlanmasına, yeni müəssisələrin işə salınmasına, yerlərinin açılmasına şərait yaratmış, sahibkarlıq fəaliyyətinin genişləndirilməsini təmin etmişdir. Son 8 ildə rayonda 19941 yeni yeri açılmışdır ki, bunun 8715-i daimidir. Təkcə 2012-ci ildə açılan yeni yerlərinin sayı 2742 olmuşdur. Bu diqqətçəkən uğur rayonda sahibkarlığın inkişafına böyük dəstəyin məntiqi nəticəsidir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən keçən il 148 sahibkara 7.900 min manat güzəştli kredit verilmişdir. "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, 2012-ci ildə 15066 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına istifadə etdikləri yanacaq motor yağlarına görə dövlət büdcəsindən hər hektara 40 manat hesabı ilə 2.143 min manat, 4644 nəfər buğda istehsalçısına isə 884.7 min manat vəsait ayrılmışdır.

Mütərəqqi texnologiyaların tətbiqi rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına əhəmiyyətli təsir göstərir. Keçən il rayonda 75.870 ton taxıl istehsal edilmiş, hər hektarın məhsuldarlığı 36,6 sentner olmuşdur. Əvvəlki illə müqayisədə 574 ton çox ət, 530 ton çox süd istehsal olunmuşdur. Rayonda sahibkarlığın inkişafı yolunda lokomotiv rolu oynayan "Atena"nın nüfuzu sürətlə artmaqdadır. Müasir texnologiya ilə işləyən müəssisənin istehsal etdiyi məhsullar artıq xarici bazarlara çıxır, rəqabətə davamlılığı ilə seçilir. Ötən il  müəssisədə 775 ton süd, 125 ton pendir, 1140 ton ayran, 828 ton qatıq, 12 ton kərə yağı istehsal olunmuşdur. "Aqat-Aqra" MMC-nin Ağabəyli kəndi ərazisində inşa etdiyi 3 min başlıq heyvandarlıq kompleksi tam gücü ilə işə düşəndən sonra "Atena"nın xammala olan ehtiyacı yüksək səviyyədə ödənəcəkdir. Artıq bu məqsədlə Almaniyadan məhsuldar cinsli 1500 baş damazlıq düyə gətirilmişdir.

"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda qarşıya qoyulan vəzifələrin icrası diqqətdə saxlanılır. Rayon icra hakimiyyətinin  müraciətinə əsasən, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə 10.378 hektar qış otlağının təyinatı dəyişdirilərək ehtiyat torpaq fondu kateqoriyasına keçirilmiş, kənd təsərrüfatı məhsulları, əsasən buğda istehsalı üçün "KRAUN-KO" MMC- verilmişdir.

Dövlət başçısının tapşırıq tövsiyələrinə məsuliyyətlə yanaşmaq  Ağcabədini böyük iqtisadi əhəmiyyət kəsb edən aktual məsələdə ön mövqeyə çıxarmışdır. Rayon rəhbərliyinin təşəbbüsü ilə Haramı düzündəki qış otlaq sahəsinin 3.300 hektarının təyinatı Nazirlər Kabinetinin sərəncamı ilə dəyişdirilərək pilot taxılçılıq təsərrüfatı yaradılmışdır.  "Qarabağ taxıl" MMC tərəfindən 2013-cü ilin məhsulu üçün 1875 hektarda buğda əkilmiş, 1425 hektar isə yazlıq əkinlər üçün hazırlanmışdır. Yeni yaradılan özəl taxılçılıq təsərrüfatında açılacaq yerlərinin sayı 250-yə çatacaqdır.

Fevralın 12-də Bakı Biznes Mərkəzində keçirilən konfransda Prezident İlham Əliyev demişdir: "İri fermer təsərrüfatlarının yaradılması prosesi başlamışdır. Bildiyimiz kimi, mən bu tapşırığı bir neçə il bundan əvvəl vermişdim. Ancaq keçən ildəki müşavirədə öz iradlarımı bildirmişdim ki, baxmayaraq göstərişlər verilib, heç bir görülmür. İndi hesab edirəm ki, keçən il ərzində görülən işlər bu prosesə təkan vermişdir. Artıq 5 min hektara qədər torpaq sahələri ayrılıb, Ağcabədi Beyləqan rayonlarında iri fermer taxılçılıq təsərrüfatlarının yaradılması artıq təmin edilibdir. Biz əlbəttə, o sahələrdən bol məhsul gözləyirik. Hesab edirəm ki, orada məhsuldarlıq da yüksək olmalıdır. Bu layihələrin icrası nəticəsində  biz taxılla özümüzü təmin etmək üçün çox ciddi addım atmış oluruq".

Rayonda kənd təsərrüfatının dinamik inkişaf yoluna çıxarılmasında "Aqroservis" filialının da böyük rolu var. Filial 248 ədəd traktor, kombayn digər maşın-mexanizmlərlə kənd təsərrüfatı məhsulları istehsalçılarına xidmət göstərir. Keçən il torpaq istifadəçilərinin əkin-biçin, aqrotexniki becərmə sifarişlərini layiqincə yerinə yetirən "Aqroservis" filialı, eyni zamanda, rayonun təsərrüfatlarına güzəştli qiymətlərlə 2100 ton mineral gübrə satmışdır.

Dövlətin dəstəyindən, Prezident İlham Əliyevin qayğı diqqətındən güc alan ağcabədililər minbir həvəslə əkib-biçir, bol kənd təsərrüfatı məhsulları istehsal edir, ölkənin iqtisadi qüdrətinin artırılmasına sanballı töhfələr verirlər. Məqsədin aydınlığı, seçilən yolun doğruluğu, sağlam mənəvi-psixoloji mühitin formalaşması bu cəbhə bölgəsinin üzümüzə açılan sabahlarda yeni daha möhtəşəm uğurlara imza atacağını şəksiz edir.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.-2013.- 19 mart.- S.8.