Azərbaycan Prezidenti İlham Əliyevə Türk
Hava Qurumu Universitetinin fəxri doktoru adı verilmişdir
Türk
Hava Qurumu Universitetinin Senatı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə universitetin
fəxri doktoru adının verilməsi haqqında qərar qəbul
etmişdir.
Universitetin
məlumatında bildirilir ki, Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasət türk dövlətlərinin birliyinin
möhkəmlənməsinə xidmət edir, türkdilli
xalqlar arasında əlaqələrin inkişafına dəyərli
töhfələr verir.
Türk
Hava Qurumu Universitetinin fəxri doktoru diplomu martın 19-da Azərbaycan
Respublikası Prezidenti Administrasiyasına təqdim
edilmişdir.
Türk
Hava Qurumu Universiteti aviasiya və kosmos sahəsində peşəkar
texniki kadrların hazırlanması üzrə
ixtisaslaşmışdır. Universitet 2011-ci ildə
yaradılmışdır. Dünyanın ən yaxşı
pilotlarını, aviasiya mühəndislərini yetişdirən
Türk Hava Qurumu Universiteti Türkiyənin aviasiya və kosmos
elmləri sahəsində ilk və yeganə ali təhsil
müəssisəsidir.
AzərTAc
Azərbaycan.-2013.- 20 mart.- S.3.