«Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 583-IVQD nömrəli Qanununun tətbiqi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 583-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1.  üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.   üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.  mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.   həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

 2.  Müəyyən edilsin ki, Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 18-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinciikinci cümlələrində, üçüncü hissəsində və altıncı hissəsinin birinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.

3.  Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti:

3.1. həmin qanunun 18-ci maddəsində  nəzərdə tutulmuş əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anket blanklarının 10 gün müddətində hazırlanmasını təmin etsin;

3.2. 2013-cü il aprelin 1-dək Dövlət Miqrasiya Xidmətinin rəsmi internet informasiya ehtiyatında həmin ərizə-anketin elektron formasının yerləşdirilməsini təmin etsinqeydiyyata alınmaq üçün tələb olunan sənədlərin elektron formada qəbul edilməsini təşkil etsin;

3.3.  əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması qaydasında edilmiş dəyişikliklər barədə məlumatlandırma işini təşkil etsin.

4. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanan ərizə-anket blankları ilə bütün poçt şöbələrinin təmin olunması üçün tədbirlər görsün.

5.  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 583-IVQD nömrəli Qanununa uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2013-cü il

 

Azərbaycan.-2013.- 28 mart.- S.2.