Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə təsdiq edilmiş "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 51 Bakı şəhəri, 18 mart 2013-cü il

 

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 457-IVQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 28 noyabr tarixli 753 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 4, maddə 267; 2001, ¹ 1, maddə 70, ¹ 7, maddə 512; 2003, ¹ 8, maddə 460; 2005, ¹ 9, maddə 855, ¹ 11, maddə 1061; 2007, ¹ 10, maddə 1013; 2008, ¹ 2, maddə 116; 2010, ¹ 8, maddə 764, 2011, ¹ 8, maddə 781, ¹ 9, maddə 852; 2012, ¹ 9, maddə 922) ilə təsdiq edilmiş "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1.  1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"1.1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.2-ci, 151.3-cü, 151.3-1-ci, 151.3-2-ci, 151-1.2-ci, 151-1.3-cü, 151-1.4-cü, 155.3-cü və 158-1.3-cü maddələrində göstərilmiş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotunun aparılması bu Qayda ilə tənzimlənir.";

1.2.  aşağıdakı məzmunda 2.1.0-cı yarımbənd əlavə edilsin:

"2.1.0. yolda müəyyən edilmiş hərəkət sürətinin 20-40 km/saat həddində aşılması;";

1.3.  2.1.1-ci yarımbənddə "30-60" rəqəmləri "40-60" rəqəmləri ilə əvəz edilsin;

1.4.  aşağıdakı məzmunda 2.1.6-1-ci yarımbənd əlavə edilsin:

"2.1.6-1. Avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə, geriyə dönməsinə, geriyə hərəkət etməsinə və sürmə təlimi keçməsinə;";

1.5.  2.1.12-2.1.14-cü yarımbəndlər çıxarılsın;

1.6. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.2. Bu Qaydanın 2.1.0-cı yarımbəndində nəzərdə tutulan pozuntuya yol verilməsi 2 balla; 2.1.1-ci, 2.1.2-2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulan pozuntulara yol verilməsi 3 balla; 2.1.4-1-ci, 2.1.6-cı, 2.1.6-1-ci, 2.1.7-2.1.11-ci yarımbəndlərində nəzərdə tutulan pozuntulara yol verilməsi 4 balla qiymətləndirilir.".

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 20 mart.- S.3.