Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiyada Novruz bayramı münasibətilə xeyriyyə aksiyası təşkil edilmişdir

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fondun Rusiya nümayəndəliyi tərəfindən Novruz bayramı münasibətilə Moskvada xeyriyyə aksiyası təşkil olunmuşdur.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin Rusiya Mədəniyyət Fondunun Moskvadakı Xilaskar İsa Kafedral Kilsəsi ilə birgə keçirdiyi aksiya çərçivəsində Rusiyanın aztəminatlı ailələrdən olan uşaqlara Novruz hədiyyələri təqdim edilmişdir. Xilaskar İsa Kafedral Kilsəsində keçirilmiş bayram tədbirində uşaqlara Novruz şirniyyatları, kitablar, müxtəlif hədiyyələr paylanmışdır.

 

 

Azərbaycan.-2013.- 28 mart.- S.5.