Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət

 

Gürcüstanın yeni təyin olunmuş idman və gənclərlə naziri Levan Kipiani Azərbaycana səfəri çərçivəsində mayın 12-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə tər çiçəklər düzmüşdür.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə güllər qoyulmuşdur.

Sonra Şəhidlər xiyabanına gələn qonaq Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları önünə tər çiçəklər düzmüşdür.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.-14 may.-S.6.