Dünyamiqyaslı siyasətçiyə ümumxalq məhəbbəti

 

Azərbaycan tarixiunudulmaz günlərini yaşayır. Xalqımız milli inkişaf strategiyasının banisi, müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyini qeyd edir. Hər yerdə möhtəşəm tədbirlər keçirilir, böyük rəhbərin dövlətçilik fəaliyyətini əks etdirən əsərlər, monoqrafiyalar, kitablar yazılır. Bu da təbiidir. Çünki hazırda Heydər Əliyevin zəngin siyasi irsi, şəxsi nümunəsi, dövlətçilik fəaliyyəti, siyasi görüşləri bütün azərbaycanlılar üçün dəyərli mənbədir.

Ulu öndər 40 ilə yaxın müddətdə böyük siyasətdə məğlubedilməz və xarizmatik lider kimi xalqını tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, milli intibahı təmin edən modern idarəetmə konsepsiyasının əsasını qoymuşdur. Böyük rəhbər irəli sürdüyü ali məqsədlərə çatarkən təkcə iti fəhminə, idarəçilik qabiliyyətinə, yüksək intellektinə deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır.

Ulu öndər 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra qısa müddətdə respublikamızın müstəqilliyi möhkəmləndirildi. Dövlət quruculuğunun hüquqi əsasları, idarəçilik mexanizmləri və bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu. Daxilixarici siyasətin bütün istiqamətlərində milli mənafelərə əsaslanan amillər önə çəkildi. Heydər Əliyevin sosial problemlərə xüsusi diqqət və qayğısı, onların aradan qaldırılması yolundakı qətiyyətli addımları xalqımızda xüsusi rəğbət doğurdu. Bütün bunlar ulu öndərin tükənməz enerjisindən, xalqına, vətəninə olan böyük məhəbbətindən, sədaqətindən, qurub-yaratmaq eşqindən irəli gəlirdi.

Ümummilli lider Heydər Əliyevin fenomen şəxsiyyət kimi dövlətçilik fəaliyyəti haqqında yazılan əsərlər içərisində Milli Məclisin Sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəblinin "Sabitlikdən sosial rifaha" adlı kitabı xüsusi yer tutur. Heydər Əliyev məktəbinin məzunu olan müəllif bu kitabında ümummilli liderin əbədiyaşarlıq fəlsəfəsinə işıq tutmuşdur. Ona görə də əsər təsadüfən "Sabitlikdən sosial rifaha" adlandırılmır. Doğrudan da, xalqımızı fəlakətdən, böhrandan, vətəndaş müharibəsindən, xaosdan, siyasi hakimiyyətsizlikdən xilas edərək firavan həyata qovuşduran Heydər Əliyevin Azərbaycanın milli dövlətçiliyinin möhkəmləndirilməsi, iqtisadi-sosial sahələrdə əsaslı islahatların aparılması, yeni ictimai formasiyaya keçidin real şərtlərinin müəyyənləşdirilməsi, bir sözlə, demokratikləşmənin təmin olunması istiqamətindəki nəhəng işlərini qələmə almaq böyük məsuliyyət tələb edir. Əsərdə Heydər Əliyev şəxsiyyətinin nurlu əməlləri, həyata keçirdiyi böyük quruculuq işləri, islahatlar, dövlətçilik tarixindəki xilaskarlıq missiyası, diplomatiya sahəsində həyata keçirdiyi yeniliklər daha dolğun və aydın şəkildə əksini tapmışdır. Müəllif tariximizin ayrı-ayrı proseslərinə, hadisələrinə, məqamlarına münasibət bildirərkən Heydər Əliyevin konseptual müddəalarını diqqət mərkəzinə çəkmiş, ümummilli liderin Azərbaycan tarixində oynadığı rolu real əks etdirən çoxsaylı faktlardan istifadə etmişdir.  Heydər Əliyev siyasətinə ürəkdən sədaqətli olan Hadi Rəcəbli müasir mərhələdə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi prosesini bütün dəqiqliyi ilə göstərə bilmişdir.

Müəllifin kitabı 279 səhifə, 18 bölmədən ibarətdir. Burada müstəqilliyimizin bərpasının ilk illərində sosial siyasətdə olan boşluqların aradan qaldırılmasında və sosial təminatın hüquqi bazasının yaradılmasında ulu öndərin xidmətləri aydın şəkildə əksini tapmışdır.

Əsərdə Heydər Əliyev fenomeni, onun xarizmatik liderə məxsus xüsusiyyətləri barədə söhbət açılır. Müəllif ötən əsrin 60-cı illərində respublikamızın sosial-iqtisadi vəziyyətinin obyektiv təhlilini verir və Heydər Əliyevin bir fikrini diqqətə çatdırır: "Üzərimə düşən məsuliyyəti dərk edirəm, bu böyük və yüksək etimadı doğrultmaq üçün əlimdən gələn bütün imkanlardan istifadə edəcəyəm". Müəllif bununla xalqımızı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, milli intihabı təmin edən modern idarəetmə konsepsiyasının əsasını qoymuş böyük rəhbərin xarizmatik və məğlubedilməz liderlik keyfiyyətlərinə diqqəti cəlb edir. Açıq şəkildə göstərir ki, Heydər Əliyev siyasəti olmadan Azərbaycanın nə bu günü, nə də gələcəyi ola bilər.

Heydər Əliyev məktəbinin məzunu, onun layiqli davamçısı, görkəmli dövlət xadimi Prezident İlham Əliyevin istər 2003-cü ildə, istərsə də 2008-ci ildəki prezident seçkilərində qələbəsi müəllif tərəfindən xüsusilə qələmə alınmışdır. Müəllif əsərində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsu ilə respublikada təhsil, tibb ocaqlarının tikilib istifadəyə verilməsindən, qaçqın və məcburi köçkün ailələrinə xüsusi qayğının göstərilməsindən bəhs edir.

Pakistan İslam Respublikasında olan imkansız ailələrə maddi və mənəvi yardımların göstərilməsi, bir sıra beynəlxalq layihələrin Bakıda həyata keçirilməsinə nail olunması və beynəlxalq münasibətlər sistemində Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri müəllifin diqqətindən yayınmamışdır.

Əsərin ən əhəmiyyətli cəhətlərindən biri də görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun "İlham Əliyev qloballaşan dünyamızın müasir lider etalonudur" fikrinə düzgün fəlsəfi, məntiqi və elmi baxışıdır. İlk növbədə, cənab Prezident haqqında "İlham Əliyev - bugünün və sabahın lideri" fikri xalqımızın ürəyindən gələn istək və arzusunu ifadə etmişdir. Bunu 2003-cü və 2008-ci illərdəki prezident seçkilərinin nəticələri bir daha sübut etmişdir. Prezident İlham Əliyevin apardıgı daxili və xarici siyasət bilavasitə xalqına xidmətindən bəhrələnir. Onun mübarizliyi, vətənpərvərliyi, qayğıkeşliyi, humanistliyi, milliliyi və güclü məntiqə söykənən diplomatik məharəti, əlbəttə, xalqımızı gözəl gələcəyə aparacağına ümid verir. Məhz müəllifin  Azərbaycan Prezidenti İlham Əliyevə verdiyi yüksək qiymət xalqımızın ölkə başçısına olan məhəbbətdən irəli gəldiyini söyləməyə əsas verir.

 

 

Rakif İBADOV,

Lənkəran Dövlət Universitetinin Tarix

 fəlsəfə kafedrasının müdiri,

tarix elmləri üzrə fəlsəfə doktoru

 

Azərbaycan.-2013.-14 may.-S.7.