Prezident İlham Əliyev BMT-nin Vyana ofisinin baş direktoru Yuri Fedotov ilə görüşmüşdür

 

Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Avstriyaya rəsmi səfəri çərçivəsində BMT-nin Vyana ofisinin baş direktoru Yuri Fedotov ilə görüşmüşdür.

Dövlət başçısı BMT-nin Vyana ofisinə gəldi.

Baş direktor Yuri Fedotov Prezident İlham Əliyevi qarşıladı.

Görüşdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi bu qurumun, ümumiyyətlə, BMT-nin həyata keçirdiyi fəaliyyətə və ümumi proseslərə töhfə verdiyi qeyd olundu. Eyni zamanda, BMT-nin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən tədbirlərin Azərbaycanda keçirilməsinin önəmi vurğulandı.

Görüşdə Azərbaycan ilə BMT-nin Vyana ofisi arasında əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.-15 may.-S.4.