Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Qaydası"nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 69 Bakı şəhəri, 29 aprel 2013-cü il

 

 "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 192 nömrəli qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 192 nömrəli qərarı) ilə təsdiq edilmiş "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Qaydası"nın 4.1-ci bəndindən "nəqliyyatda sərnişinlərin dövlət icbari sığorta haqqı," sözləri çıxarılsın.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 1 may.- S. 2.