Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 fevral tarixli 29 nömrəli qərarı ilə təsdiq edilmiş "Prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 71 Bakı şəhəri, 29 aprel 2013-cü il

 

"İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 fevral tarixli 29 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 2, maddə 156) ilə təsdiq edilmiş "Prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"nın 6.1-ci bəndindən "nəqliyyatda sərnişinlərin dövlət icbari sığorta haqqı," sözləri çıxarılsın.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 1 may.- S. 2.