Prezident İlham Əliyev
Pakistanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfirinin etimadnaməsini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də
Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
İkramullah Məhsudun etimadnaməsini qəbul etmişdir.
Səfir
İkramullah Məhsud fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
İkramullah
Məhsud etimadnaməsini Prezident İlham Əliyevə təqdim
etdi.
Sonra
Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət
etdi.
Dövlət başçısı Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Əməkdaşlığımızın müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev bu əməkdaşlığı iqtisadiyyatın bütün sahələrində də genişləndirmək üçün səyləri artırmağın zəruriliyini bildirdi. Dövlət başçısı Pakistan Prezidenti Asif Əli Zərdarinin İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən sammitində iştirakını və əməkdaşlığımızın inkişafı ilə bağlı onunla apardığı müzakirələri məmnunluqla xatırladı. Ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləməsinin önəmini qeyd edən Prezident İlham Əliyev güclü tərəfdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu dedi.
Fövqəladə və səlahiyyətli səfir İkramullah Məhsud Pakistan Prezidenti Asif Əli Zərdarinin salamlarını dövlət başçısına çatdırdı. O, ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etdi.
Dövlət
başçısı Prezident Asif Əli Zərdarinin
salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Pakistan dövlətinin
başçısına çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.-2013.- 3 may.- S.1.