Bəstəkar Eldar Mansurovun yeni əsəri

 

Xalq artisti, bəstəkar Eldar Mansurov dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş "Bahar oğlu" adlı oratoriya yazmışdır.  Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş oratoriya "Xalqın baharı", "Dahi sərkərdə", "Heydərnamə" və "Bahar oğlu" adlı dörd hissədən ibarətdir.

Oratoriyanın sözlərinin mətni əməkdar incəsənət xadimi şair Baba Vəziroğluya məxsusdur.

Nəfis şəkildə notlara köçürülmüş oratoriya ulu öndərin yubiley tədbirlərində xalq artisti, müğənni Mübariz  Tağıyevin ifasında səslənəcək.

 

 

Azərbaycan.-2013.- 3 may.- S.7.